news Image
2016.05.18
10:00
| A A A
Günün qoroskopu: yaxşı gəlir ola bilər

Qoç - Qərarlı və tez hərəkət edin. Təşəbbüslərinizə görə cəzalanmayacaqsınız. Parlaq şəxsiyyətlər öz pərəstişkarlarını tapacaqlar. Ekstravaqant hərəktlər əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcək. Bu günü ciddi bir işə həsr etmək istəyənlərə tövsiyə olunur ki, fəaliyyət panı hazırlasınlar və bunu diqqətlə nəzərdən keçirsinlər.


Buğa - məhsuldar iş günüdür. Məşğul olduğunuz işlər, doğurdan da, sizin üçün maraqlı olduğu üçün uğur qazanırsınız. Qeyri-standart qərarların qəbulu və yeni yolların axtarışı bu gün asan başa gəlir. Bir müddət əvvəl sizin düşüncələrinizə şübhəli yanaşan adamlar indi sizin ardınızca getməyə hazırdırlar.


Əkizlər - işgüzar danışıqlar və mühüm müqavilələr imzalamaq üçün əlverişli gündür. Əkilzərin qələbələri heç kimdə paxıllıq hissi yaratmayacaq. Hamı başa düşür ki, onlar layiq olduqları mükafatları alırlar. Bu gün nüfuzlu şəxslər və dövlət nümayəndələri ilə görüş üçün də uyğundur.


Xərçəng - bu gün şirlərin işgüzar aktivliyi yüksək səviyyədədir. Rəqabətdə şirlər üstünlüyü ələ alacaqlar. Hətta çətinliklər yaransa belə özünüzə inamı itirməyin. Sizin ideyalarınız yaxşıdır, onların reallaşmasına kömək edən adamlar tapılacaq.


Şir - bu gün bir çox maraqlı görüşlər vəd edir. İş gördüyünüz adamlar sizdə müsbət təəssüratlar yaradır. Siz də onlar tərəfindən etinasız qarşılanmırsınız. Hansısa köhnə şəxsi problemin həlli mümkün görünür.


Qız - bu gün qızlara maliyyə məsələlərində uğurlar vəd edir. Böyük həcmli pul gəlirləri ola bilər. Daşınmaz əmlakla bağlı razılaşmalar - alqı, satqı, kirayə uğurlu ola bilər. Yaşayış yerini dəyişməyi planlaşdıranlar üçün yeni perspektivlər açılacaq.


Tərəzi - gün tanışların əhatəsində istirahət, köhnə dostlar ilə görüşlər və tədbirlərin təşkili üçün də uyğundur. Valideyin buğaları özladları sevindirəcək. Maliyyə məsələləri ehtiyatlılıq tələb edir. Fiziki işlərlə məşğul olmaq da münasibdir.


Əqrəb - şəxsi və iş həyatında təşəbbüslər etmək olar. Hər iki halda bu, sizin xeyrinizə olacaq. Nüfuzlu şəxslərlə görüşmək və sizin karyeranızın inkişafı üçün müzakirələr aparmaq olar. Bu gün daşınmaz əmlak almaq tövsiyə olunmur.


Oxatan - insanlarla asanlıqla dil tapırsınız, xoşunuza gələn şəxslərlə asanlıqla əlaqəyə girirsiniz. Birgə layihələrin icrası zamanı mühüm uğurlara imza atmaq olar. Bununla yanaşı məsuliyyətli qərarları da təkbaşına qəbul etmirsiniz. Məsləhətlərinə güvənə biləcəyiniz adamlar da var. Öz qərarlarınızı diqqətlə düşünürsünüz, buna görə də səhvə yol vermirsiniz.


Oğlaq - gün böyük uğurlar vəd edir. Oğlaqlar bu gün çox cəlbedicidirlər ki, bu da nüfuzlu şəxslərlə işgüzar görüşlərdə, yeni tanışlarla ünsiyyətdə öz sözünü deyir. Bu bürcün nümayəndələrinin müsbət keyfiyyətləri üzə çıxır. Diqqəti özünüzə cəlb etmək çətin deyil.


Dolça - səfərlər yaxşı keçəcək, yolda yeni tanışlıqlarınız olacaq. Evdə isə işlər kifayət qədər gərgin olacaq. Xoşagəlməz məqamlar da mümkündür. Kiçik, lakin qiymətli əşyalar itirə bilərsiniz.


Balıqlar - işgüzar və əyləncəli səfərlər də yaxşı keçir. Dostlarınız və qohumlarınızla ünsiyyətdən də zövq alırsınız. Yaxınlarınızdan hədiyyələr də ala bilərsiniz. Bu gün təhsil və imtahanlar üçün də münasibdir.


Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs