Əlaqə Arxiv
news Image
2016.06.03
10:15
| A A A
Günün qoroskopu: soyuqqanlı olmağa çalışın

Qoç - günün bir sıra xoşagəlməz özəllikləri var. Əvvəla, bu gün sizin nəzərdə tutduğunuz kimi keçməyəcək, şəraitə tez uyğunlaşmalı və gözlənilmədən yaranan probelmlərin həllini tapmalı olacaqsınız. Amma bunun da yaxşı tərəfləri var. Çünki yeni nəsə öyrənirsiz və özünüzü yaxşı tərəfdən göstərmək imkanı qazanırsınız.


Buğa - çətin vəziyyətlərdə özünü itirməyən, hər zaman dostlarına kömək etməyə hazır olanlar yeni müttəfiq və hamilər tapacaqlar.  Bir çox halda ailənin artan tələbatı ilə əlaqədar maddi çətinliklər yarana bilər. Hələlik sərt iqtisadiyyata ehtiyac yoxdur. Amma müəyyən vacib olmayan şeyləri almaqdan imtina etmək lazım gələcək. 


Əkizlər - çox əlverişli gündür. Bunu ətrafınızdakılar da hiss edəcək və uğurunuzu bölüşmək ümidi ilə yanınızda olmaq istəyəcəklər. Peşə sahəsində uğurlar, maddi vəziyyətinizin yaxşılaşması mümkündür. İş hissiyatınız qüsursuzdur, sərfəli investisiyalar və uğurlu alışlar edir, gələcəkdə dəfələrlə yardım əllərini uzadacaq müttəfiqlər seçirsiniz. 


Xərçəng - hər şey istənilən qədər sadə və aydın deyil. Düzgün qərarlar qəbul etməkdə çətinlik çəkəcəksiniz. Sizi sevən və dəyərləndirən insaların məsləhətlərinə qulaq asmağınız yaxşıdır. Yeni tanışlıqlar arzuolunan deyil. Çünki çox tələsirsiniz və bəzən layiq olmayan insanlara etibar edirsiniz. 


Şir - bəzi problemlər nüfuzlu şəxsin vaxtında müdaxiləsi ilə gözlənilməz dərəcədə tez həll olunacaq. İntuisiya və yumor hissi ailədə yetişən münaqişələrin qarşısını almaqda kömək edə bilər. 


Qız - əla gündür. Bu gün şən, şövqlü, gülərüzlü olacaqsınız. Ətrafdakılar sizin ritminizə uyğunlaşmağa və mənfi emosiyaları kənarda qoymağa çalışacaqlar. Yaradıcılıq potensialınız yüksək olacaq və ağlınıza qeyri-adi ideyalar gələcək. Odur ki, diqqət mərkəzində olmağa hazırlaşın. 


Tərəzi - ailədə qarşılıqlı anlaşmanın yoxluğu sizi məyus edəcək. Yaxınlarınızın yanında özünüzü narahat hiss edəcək, anlayışsızlıq və diqqətin azlığından əziyyət çəkəcəksiniz. Dostlarınız qəflətən planlarını dəyişə bilərlər və bununla barışmalı olacaqsınız. Səyahətə başlamaq üçün pis gün deyil. Ailə münasibətlərini mökmələndirmək, uzaq qohumlarınızı ziyarət etmək üçün münasibdir. 


Əqrəb - Bu gün sizi gözləyən görüş və tanışlıqların ciddi nəticələri olacaq. Təbii ki, bunu özünüz istəsəniz. Yeni romana hazırsınız? O zaman irəli! Pis gün deyil. Məhsuldar və maraqlıdır, amma təhlükələrdən də xali deyil.


Oxatan - şəxsi həyatda dəyişikliklərə həvəs böyükdür. Bu həvəs bəzən sizi sağlam düşüncəni və yaxınlara hörməti unutmağa vacar edə bilər. Cazibəyə müqavimət göstərmək üçün özünüzdə güc tapın. Bu günkü məsuliyyətsizlik və sadəlövhlüklər sonradan çox ciddi şəkildə cəzalandırılacaq. 


Oğlaq - xüsusilə, qarşısına həddindən artıq yüksək məqsədlər qoyan, imkanlarını olduğundan da yüksək qiymətləndirən adamlar üçün olduqca uğursuz gün ola bilər. Lovğalığın cəzası ağır olacaq. İnvestisiyalarla ehtiyatlı olmaq lazımdır. Nə sərf etməyinizin fərqi yoxdur, pul və ya güc, bunun qarşılığında nə qazanacağınızı vaxtında düşünməlisiniz.


Dolça - bir qədər soyuqqanlılıq və sağlam düşüncə nümayiş etdirsəniz, gün ərzində bir çox xoşagəlməz vəziyyətlərdən özünüzüsü sığortalaya bilərsiniz.


Balıqlar -  gün xoş gözlənilməzlikdən daha çox çətinliklər gətirəcək. Həll olunmuş hesab etdiyiniz problem özünü xatırladacaq və onun düşündüyünüzdən daha çətin olduğu üxə çıxacaq. Bundan sonra nə etməyin lazım gəldiyini aydınlaşdırmaq çətindir. Heç kim bu məsələdə tutarlı məsləhət verə bilmir. Yalnız öz intuisiyanıza bel bağlamaq qalır. 


Milli.Az

Sizin Reklam Yeriniz