news Image
2016.06.05
16:30
| A A A
Günün qoroskopu: imkanlar sərhədsiz olmayacaq

Qoç - həm iş, həm də şəxsi həyatınızla bağlı bütün vacib məsələləri günün birinci yarısında müzakirə etməyə çalışın. Sonra enerji potensialınız enəcək, fikrinici cəmləmək çətinləşəcək, hər şeyi bir kənara atmaq istəyir sağlam düşüncədən üstün ola bilər.

Buğa - imkanlarınız göründüyü qədər sərhədsiz olmasa da, genişdir. Yeni başlanğıclar uğurlu olacaq. İş və şəxsi layihələri uğurlu sonluğa çatdıra biləcəksiniz. Bu gün iş danışıqları üçün əlverişlidir. İdeya və təklifləriniz müzakirəsiz qəbul ediləcək.

Əkizlər - həyat potensialınız yüksək olduğundan, bir neçə işlə eyni vaxtda məşğul olmaq lazım gəlsə də, yorulmayacaqsınız. Sevgi məsələlərində bəxtiniz gətirəcək.

Xərçəng - gün karyera, əmlak və maliyyə ilə bağlı sevindirici məlumatlarla zəngin olacaq. İndi diqqəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün cəmləşdirmək lazımdır. Çoxdandır can atdığınız şeyi əldə edə bilərsiniz. İşgüzar əlaqələri möhkəmləndirmək, yeni müttəfiqlər tapmaq imkanını əldə verməyin. 

Şir - kiminləsə birləşməklə öz imkanlarınızı əhəmiyyətli şəkildə genişləndirə bilərsiniz. Uzaq qohumlarınızdan yazşı xəbərlər gələcək. Çoxdankı arzularınız çin ola bilər. Həyat potensialı yüksək olacaq və özünüzü yaxşı hiss edəcəksiniz.

Qız - kifayət qədər çətin, eyni zamanda çox vacib gündür. Mətanət nümayət etdirin, illüziyalar qurmayın. Əsl döyüşçü olduğunuzu cöstərməyin əsl vaxtıdır. İşgüzar əlaqələr xüsusilə ehtiyat tələb edir. Təəssüf ki, düşmən, özü də nüfuzlu düşmən qazanmaq riski var.

Tərəzi -  bu gün bir növ mövsümlərarasıdır. Müsbət tendesiyalar "postu təhvil verib", mənfilər isə hələ tam gücü ilə özlərini göstərməyiblər. Hadisələrin inkişafı daha çox sizdən və baş verənlərə münasibətinizdən asılıdır. Nəyisə dəyişmək istəyirsiniz? Dəyişin.

Əqrəb - Əlverişli, həftənin ən yaxşı günlərindən biridir. Müsbət tendesiyaların güclü təsiri həyatın demək olar ki, bütün sahələrində hiss olunur. İşdə müvəffəqiyyət qazanmaq olar. Həm sınanmış müttəfiqlər, həm də yeni partnyorlarla əməkdaşlıq məhsuldar olacaq. Bir yerdən başqa yerə köçmək, avadanlıqları dəyişdirmək, yeni işə başlamaq üçün münasib gündür.

Oxatan - ətrafdakılarla necə ünsiyyət qurduğunuza diqqət yetirin. Bu gün çoxları sizin zarafatlarını başa düşməyə, iradlarınızdan inciyə bilər. Eyhamlardan, ikibaşlı ifadələrdən uzaq olun.

Oğlaq - yeni üfüqlər və imkanlar yaranır. Şəraitdən istifadə etməyə tələsin. Əgər ləng tərpənsəniz, vaxt rəqibləriniz üçün işləyəcək. Rəhbərliklə fikir ayrılıqları gözlənilsə də, uğurla aradan qaldırılacaq. Potensial işverənlər və investorlardan maraqlı təklif ala bilərsiniz.

Dolça - işgüzar fəallıq axşamadək yüksəkdir. Gün məzmunlu, hadisələrlə zəngin olacaq. Yalnız yorğunluq ehtimalı var. Bu bürclərin nümayəndələri özlərini gözləməli, iş vaxtından artıq işləməkdən və günün ikinci yarısında iş görüşlərindən imtina etməlidirlər.

Balıqlar - hansısa nəzərəçarpan nailiyyətlərlə yadda qalmasa da, pis gün deyil. İşdə münaqişənin yetişdiyini hiss edəcək və hamının maraqlarını nəzərə almaqla, ondan yayınmaq üçün üsul tapacaqsınız. Sərfəli sövdələşmə mümkündür. Bu sövdələşmədən əldə edəcəyiniz gəlir sizə çoxdankı arzunuzu həyata keçirməyə imkan verəcək.

Milli.Az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs