news Image
2016.06.14
10:10
| A A A
Günün qoroskopu: çətinliklər ortaya çıxacaq

Qoç - ulduzlar sizin tərəfinizdədirlər və müxtəlif başlanğıclarda sizi dəstəkləyirlər. Bu gün çətin layihələr üzərində iş, kompleks məsələlərin həlli üçün münasibdir.


Buğa - təkcə işdə yox, həm də şəxsi münasibərdə uğurlar mümkündür. Ailə məsələlərinin həllinə qeyri-standart yanaşırsınız. Amma bu, hərəkətlərinin effektliliyini azaltmır.


Əkizlər - uğursuz gündür. Mövqeləriniz istədiyiniz qədər möhkəm deyil. Bütün səylərinizə baxmayaraq, onları möhkəmləndirmək alınmır. İşgüzar əlaqələrin qeyri-sabitliyi sizi narahat edəcək. Çətin anda müttəfiqlərinizdən hansına bel bağlaya biləcəyinizi aydınlaşdırmaq o qədər də asan deyil. Böyük səylər hesabına əldə etdiyinizi itirmək təhlükəsi var.


Xərçəng - kiminləsə nəsə barədə razılaşmağa cəhd göstərən kimi çətinliklər ortaya çıxacaq. Həmsöhbətləriniz ya sizi sonadək başa düşmür, ya da sözlərinizi qəsdən düzgün yozmurlar. Ona görə də öz mövqeyinizi dəfələrlə izah etməli və qorumalı olursunuz.


Şir - bu gün çətin suallara cavab axtarmaqla yadda qalacaq. Çoxlu mübahisələr mümkündür. Başqalarının təcrübəsinə bel bağlamağa öyrəşmiş adamlarla dil tapmaq çətin olacaq.


Qız - şəxsi münasibətlərdə müsbət tenldensiyaların təsiri güclü olacaq. Bürcün bəzi nümayəndələrinin gizli arzuları çin olacaq. Hamı üçün (o cümlədən, özünüz üçün) gözlənilmədən köhnə ailə probleminin həlli yolunu tapacaqsınız.


Tərəzi - emosional fon əlverişlidir. Bu gün görüşlər təyin etmək olar və onlar istədiyiniz kimi keçəcək. Köhnə tanışlarınız özlərini xatırlada bilərlər. Sizə qarşı biganə olmayan adamın üfüqdə görünəcəyi istisna deyil.


Əqrəb - şəxsi münasibətlərdə isə işlər bir qədər çətindir. Burada sizin bilikləriniz və məntiqi mühakimə qabiliyyətiniz vəziyyətdən baş çıxarmaq üçün kifayət etməyəcək. İntuisiyanıza bel bağlamalı olacaqsınız.  


Oxatan - işlə bağlı uğurlu gündür. Bu gün işləri bir-birinin ardında həll edəcək, nəsə birdən-birə alınmayanda məyus olmayacaqsınız. Yaradıcılıq işləri ilə məşğul olanlar və ya şou-bizneslə əlaqəsi olanlar böyük uğurlar əldə edəcəklər.


Oğlaq - təəssüf ki, şəxsi həyatınızda da hər şey asan deyil. İlk baxışdan belə görünür ki, vəziyyət qənaətbəxşdir. Lakin hiss edirsiniz ki, əslində heç də belə deyil. Vəziyyətdən baş çıxarmağa bir neçə gün vaxt lazımdır.


Dolça - ulduzların "acığı soyuyur" - sizi uğurlu gün gözləyir. Bu gün istənilən işlə məşğul olmaq olar. Yeni başladığınız bütün işlərdə uğur əldə edəcəksiniz. Öz məntiqinizə və sağlam düşüncənizə bel bağlayın. Xoşunuza gəlməyən məsləhətlərə əməl etməyə dəyməz.


Balıqlar - birmənalı olmayan gündür. İşdə ziddiyətli vəziyyət yaranacaq və siz kimi haqlı, kimin günahkar olduğunu təyin etməlisiiz. Siz ədalətli davranmağa can atırsınız. Lakin aldadılmaq təhlükəsi var. Ona görə də heç bir informasiyaya dərhal inanmaq olmaz. Onları dönə-dönə yoxlamaq lazımdır.


Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs