news Image
2016.06.17
10:10
| A A A
Günün qoroskopu: pul saymağı bacarırsınız?

Qoç - sizin birbaşa iştirakınızın tələb olunduğu qohumlarla görüşlər, ailə məclisləri mümkündür. Nə vaxtsa, xətrinizə dəymiş adamlarla görüşə bilərsiniz. Onlar günahlarını yumağa çalışacaqlar.


Buğa - olduqca məhsuldar gündür. Ulduzlar istənilən məsələdə sizi dəstəkləməyə hazırdırlar. Balıqlar biznesdə uğura, faydalı sövdələşmələrə ümid edə bilərlər. Maraqlı işgüzar təkliflər mümkündür.


Əkizlər - bütün gün ərzində əhval-ruhiyyəniz yüksək olacaq. Nə qədər çətin olsa da, nikbinliyinizi qoruyacaq. İstənilən vacib görüşü günün ikinci yarsına təyin edin.


Xərçəng - bu gün çoxsaylı çətinlikliklərlə yadda qalacaq. Onların öhdəsindən gəlməyin ən asan yolu çətinliklərə o qədər böyük əhəmiyyət verməməkdir. Əməkdaşlığa başlamaq olar. Amma yalnız bir halda ki, potensial müttəfiqinizlə siz eyni ritmdə hərəkət edəsiniz. Tələskən adamla ilbizin ittifaqı bu gün yaxşı heç nə vəd etmir.


Şir - Pul saymaq bacarığı lazımınız olacaq. Üstəlik, tək özünüzün yox, həm də başqalarının pulunu. Gün hansısa vacib və çətin işdə irəliləyişlə əlamətdar olacaq. Lakin bunu yalnız intuisiyasına yox, soyuq məntiqə əsaslanan adamlar bacaracaqlar.


Qız - uğurun yaxınlaşdığını hiss edir və onu əldə etmək üçün əbəs yerə cəhd edirsiniz. Bu günü yalnız bir şeyə - sakit gözləməyə həsr etmək lazımdır. Əgər səbrli deyilsinizsə, vaxtınızı xırda işlərin köməkliyi ilə keçirməyə çalışın. Bundan başqa, gün çoxdan planlaşdırılmış bazarlığı etmək üçün münasibdir.


Tərəzi - bu gün əldə olunan sövdələşmələr çətin ki ümid etdiyiniz gəliri gətirsin. Şəxsi təmaslarda tələbkarlıq nümayiş etdirmək, yeni tanışlıqlara ehtiyatla yanaşmaq lazımdır. Risk etməyin.


Əqrəb - iti intuisiyanız çətin mərhələnin yaxınlaşdığından xəbər verir. Həmişə olduğu kimi, o, bu dəfə də yanılmır. Əvvəldən başladığınız bütün işləri başa çatdırmağa, imkan daxilində borclarınızı bağlamağa çalışın. Yeni müttəfiqlərinizlə kəskin münaqişə gözlənilir. Onların rəqib tərəfə keçdiklərini elan edəcəkləri də istisna deyil.


Oxatan - həyatınızda misli görünməmiş heç nə baş verməyəcək. Bu sakitlik sizi məyus etməkdən daha çox sevindirəcək. Bu gün gün planlar qurmaq olar. Siz özünüzün həm gücünüzü, həm imkanlarınızı, həm də arzularınızı real qiymətləndirirsiniz. İş görüşləri pis keçməyəcək. 


Oğlaq - asan gün olmayacaq. Səhərdən axşamadək təmərküzü, döyüş ruhunu və heç olmasa, bir qədər nikbinliyi qorumaq (nə qədər çətin olsa da) vacibdir. Hətta ən çətin anlarda da təslim olmayın. Gün vacib dərslər və faydalı təcrübə ilə zəncin olacaq. Bunların hər ikisi tezliklə sizə lazım olacaq.


Dolça - yekun razılaşmaları əldə etməyiniz qeyri-müəyyən müddətə təxirə düşəcək. Rəhbərlikdə mübahisələr mümkündür. Opponentlərinizi sizin haqlılığınıza inandırmaq üçün bir qədər səy göstərməli olacaqsınız. Gün maliyyə ilə bağlı xoş xəbərlər gətirəcək. Pul gəliri mümkündür. Günün ikinci yarısında sevdiyiniz şəxslə ciddi fikir ayrılıqları yarana bilər. Lakin inciklikdən yayınacaqsınız.


Balıqlar - sevdiyiniz adam sizə xoş sürpriz edə bilər. Günün ikinci yarısı emosional baxımdan çətin dövrdür. İstənilən boş şeyə görə hiddətlənməyiniz mümkündür. Bu saatlarda təmasları məhdudlaşdırmaq məsləhətdir.


Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs