Əlaqə Arxiv
news Image
2016.06.20
09:42
| A A A
Günün qoroskopu: emosiyalarınıza hakim olun

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz. 


Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.


Əkizlər - çətin və məsuliyyətli işdə yaxşı nəticələr əldə edə biləcəksiniz. Bu gün öz problmlərinizi həll etməkdən daha çox başqalarına kömək etməyə üstünlük verəcəksiniz.


Xərçəng - rəvan, xoş və müsbət gündür. Siz işgüzar və enerjilisiniz, alın təri ilə işləməyə hazırsınız. Amma istirahəti də unutmursunuz. Gün görüşlər, xüsusi, iş xarakterli görüşlər üçün münasibdir. Danışıqlar nə qədər yüngül xarakter daşısa, sizə daha az müsbət eomsiya bəxş edəcəklər.


Şir - sizi xoş və çox şey vəd edən görüş gözləyir. Bu gün baş verən hadisələri istənilən rəngdə görmək olar. Əsas məsələ sizin nəzər nöqtənizdən asılıdır. Heç olmasa, qismən obyektivlikdə dotslarınız sizə yardım edəcəklər. Odur ki, kəskinliyə və sözü üzə demələrinə görə onlardan inciməyin.


Qız - dostlarla görüş və romantik görüşlər üçün günün ortası daha münasibdir. Axşamı isə sakitlikdə keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etməyiniz və yeni həftəyə hazırlaşmaq lazımdır.


Tərəzi - istənilən faydalı fəaliyyət üçün çox münasib gündür. Odur ki, günü boş keçirmək lazım deyil. Nə qədər çox iş planlaşdırsanız, bir o qədər çox işin öhdəsindən gələcəksiniz və nailiyyətləriniz də daha böyük olacaq.


Əqrəb - mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət deyil.


Oxatan - gününüz maraqlı keçəcək. Yaradıcılıq potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət etmək üçün əlverişlidir.


Oğlaq - həddindən artıq fizi yük məsləhət deyil. İdmanla məşğul olmağı ya təxirə salmaq ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisilərə son qoyulması üçün əlverişli gündür.


Dolça - gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlışla tapacaqsınız.


Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi ding məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.


Milli.Az

Sizin Reklam Yeriniz