news Image
2016.06.21
10:10
| A A A
Günün qoroskopu: şəraitdən maksimum yararlanın

Qoç - gün əla başlanır və daha da yaxşı məcrada davam edir. Əvvəllər heç kimin güman etmədiyi hadisələr baş verir, bu səbəbdən məqsədə çatmaq üçün münasib şəraitdən maksimum yararlanmaq lazımdır. Maraqlı görüşlər gözlənilir, xüsusilə də günün birinci yarısında.


Buğa - günün birinci yarısı sizin düşməniniz öz bədbinliyiniz olacaq. Tez-tez özünüzə hər şeyin yaxşı olacağını deyin, o zaman, doğrudan da, belə olacaq. Pis əhval-ruhiyyə daha çox enerjinizin azalması ilə izah oluna bilər, odur ki, vitamin, təzə şirələr, fiziki təmrinlərlə gümrah olmağa çalışın.


Əkizlər - romantik əhval-ruhiyyə yüksələcək. Sevgililərin ünsiyyəti üçün ideal vaxtdır. Bu vaxt şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq, hissləri etiraf etmək məsləhət görülür. Səmimilik həyatı tam müsbətə doğru dəyişməyə səbəb olacaq.


Xərçəng - dünənki gündən fərqli olaraq, bu gün daha uğurludur. Amma yenə də narazısınız. Bəzi işləriniz alınmır. Qohumlarla münasibətlərdə anlaşılmazlıqlar var, ancaq hələ açıq danışmağın zamanı deyil. Bütün gününüzü problemlərin həlli yollarını düşünməyə sərf etməyin. İdmanla məşğul olun, açıq havada aktiv istirahət edin.


Şir - siddi problemləriniz yoxdur, qarşınızda yaxşı perspektivlər açılır. Ancaq bütün imkanlardan vaxtında yararlana bilmir, ləngliyinizə görə özünüzü günahlandırırsınız. Çox güman ki, başqalarının bəzi ideyaları sizin planlarınızdan daha yaxşı olsun.

Enerjiniz çoxdur. Xeyli işi eyni zamanda görməyinizə rəğmən yorğunluq hiss etməyəcəksiniz.


Qız - bu gün sevinmək üçün xeyli səbəbiniz var. Yaxınlarınız sizə sürpriz edəcəklər. Ola bilsin ki, uzaqdan xoş xəbər alasınız. Ünsiyyət üçün açıqsınız, asanlıqla tanış olur, sizi ilk dəfə görənləri özünüzə valeh edirsiniz. Mövcud olan münasibətlərinizi də asanlıqla yaxşılığa doğru dəyişə bilərsiniz.


Tərəzi - maliyyə vəziyyətiniz pisləşə bilər. Qəflətən böyük bir məbləği itirməli olacaqsınız. Səfərlər üçün münasib gün deyil, bunlar sizi yoracaq. Soyuqdan özünüzü gözləyin.


Əqrəb - dostlarınız və düşmənləriniz barədə artıq aydın təsəvvürləriniz var. Bir çox Əqrəblər son vaxtlar onların irəliyə doğru hərəkətini çətinləşdirən əlaqələri qıra biləcəklər.


Oxatan - günün birinci yarısı ciddi problemlər yaranacaq və çox güman ki, onların səbəbkarı yaxınlarınızdan birinin hərəkəti olacaq. Mənfi emosiyaların öhdəsindən gəlmək elə də asan deyil, ancaq heç olmazsa, buna çalışın. Faktiki olaraq, əsl münaqişənin yaranıb-yaranmaması yalnız sizdən asılıdır.


Oğlaq - yalnız çoxdan tanıdıqlarınız şəxslərlə ünsiyyət məsləhət görülür. Çünki yalnız bu halda qarşılıqlı anlaşmadan danışmaq olar. İnsanların çox olduqları yerlərə getmək məsləhət deyil, xoşagəlməz insidentlər yaşaya bilərsiniz.


Dolça - enerjiniz bir qədər azalıb, istirahətə ehtiyacınız var. Yatıb yuxunuzu almağa, özünüzü fiziki və əqli gücə salmamağa çalışın. Məişət işləri ilə məşğul ola bilərsiniz, ailə üzvləriniz sizi işləməkdən üzülməyə qoymayacaq, köməyinizə gələrək qayğılarınızın bir hissəsini öz üzərlərinə götürəcəklər.


Balıqlar - maraqlı və məhsuldar gündür və siz də bundan səmərəli istifadə edəcəksiniz. Qəti sıçrayış etmək, həyatda vacib dəyişikliklərə başlamaq üçün uğurlu an gəlib çatıb. Vacib və lazımsız məsələləri bir-birindən ayırmaq sizin üçün asandır, intuisiyanıza güvənirsiniz, bu isə qarşınıza qoyduğunuz məqsədə çatmaqda işinizi asanlaşdırır.

Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs