Əlaqə Arxiv
news Image
2017.01.31
10:55
| A A A
Günün qoroskopu:Böyük işə başlamayın!

Qoç - ab-havada rahatlıq və sakitlik müşahilə olunsa da, sakitləşməyin. Romantika və xəyallar sizi aldatmasın. Problemlər yaranarsa, bütün səylərinizi səfərbər edərək onları mümkün qədər tez həll etməyə çalışın.

Buğa - geniş miqyaslı, böyük işə başlamayın. Önəmli qərarınızı açıqlamayın. Səhhətinizə fikir verin. Axşam saatlarında ekstremal əyləncəni seçməyin. Ünsiyyətin yorucu olduğunu duyanda, bir qədər tənha qalmağa çalışın.

Əkizlər - hiperion və Arielin münasibətləri bu gün işlərin tam əksəriyyətini başa vurmağınızı istəyir. Eyni zamanda, istirahəti də unutmayın.

Xərçəng - iş yoldaşı, tərəfdaş, şərik və ya dostun ətaləti, verdiyi sözə əməl etməməsi, gecikməsi və süstlüyü qıcıq yaradacaq. Yalnız cari işlərlə məşğul olun. Nəyisə aydınlaşdırmağa, sübut etməyə çalışmayın.

Şir - inadkarlıq etsəniz, opponentin sözlərini eşitməsəniz, münaqişə situasiyası yaranacaq. Bəlkə, bir qədər geri çəkiləsiniz, güzəştə gedəsiniz, mövqeyinizin daha səbatlı olmasını gözləyəsiniz?!

Qız - Himaliya və Elaranın münasibətləri sizdən "raxa cəbhə"ni qorumağı, daxili tarazlığı qorumağı istəyir. Rəqiblərdən kimsə sizi haqlamaq və üstələməyə çalışır.

Tərəzi - Bu gün, eşq həyatınızda gözəl hadisələr yaşamağınız mümkündür. Məhəbbət məsələsində özünüzə inamınız artarkən sevdiyiniz insana cazibədarlığın  göstərə və münasibətinizi inkişaf etdirə bilmək üçün uğurlu gündür.Bu gün iş yerinizdə bölgü ilə bağlı diqqətli olmağınız lazımdır. Pulla bağlı məsələlərdə dəyişən şəraitə uyğunlaşmaqda çətinlik çəkə bilərsiniz.

Əqrəb - imicinizdə də dəyişikliklər olmalıdır. Fəqət hələlik yaxşı tonusu qoruyan tədbirlərə diqqət yetirin. Axşam saatlarında yaxşı dincəlin.

Oxatan - Deymos və Fobosun münasibətləri işdə yenilik vəd edir. Hadisələri, təklifləri, gün ərzində gələn məlumatları təqib edin. Yorğunluğa, gərginliyə yol verməyin. Yalnız cari işlərlə məşğul olun.

Oğlaq - ciddi mövzuda danışıqlar aparmayın. Bu gün hərəkətərinizin əksəriyyəti işlərin mövcud axarından narazılıqla bağlıdır. Situasiyadan yararlanmağın yollarını arayın. Amma emosiyalara əsaslanaraq davranmayın, yalnız gərəkli və məqsədəuyğun qərarlar verin.

Dolça - boş söhbətlərə vaxt ayırmayın, dedi-qoduları müzakirə etməyin. Kredit götürməyin, iri məbləğ sərf edərək heç nə almayın.

Balıqlar -  Makemake və Avropanın münasibətləri bu günün enerjisindən konstruktiv yararlanmağınızı istəyir. Əmək məhsuldarlığı çox olacaq. Hadisələrin mövcud axarından narazılıq rəqibləri üstələməyə imkan verəcək.

Milli.Az

Sizin Reklam Yeriniz