news Image
2017.03.06
10:37
| A A A
Günün qoroskopu: bu gün heç bir işdə tələsməyin

Qoç - bu gün heç bir işdə tələsməyin. Qanimed və Titaniya bu gün sizi bəzi mövqelərə yenidən baxmağa vadar edəcək. İllüziyalar darmadağın olacaq. Amma inanın, bunun özü maraqlı prosesə çevrilə bilər.

Buğa - emosiyalarınıza sərhəd qoymayın. Su ilə ehtiyatlı olun. Spirtli içkilərə qətiyyən yaxın durmayın. Ehtiyac duysanız, mütləq istirahət edin. Hədsiz gərginlikdə keçən vaxt immunitetinizi zəiflədə bilər.

Əkizlər - mühüm və önəmli işlər üçün əlverişsiz gündür. Triton və Haronun münasibətləri sizdən aramla davranmağı, ünsiyyətdə pərişanlıq nümayiş etdirməməyi istəyir. İstəkləriniz, arzularınız və maraqlarınıza fikir verin, vaxt ayırın.

Xərçəng - tələsik qərarlar qəbul etməyin, vədlər verməyin. Mühüm münasibətdə yön dəyişməsi mümkündür.

Şir - sizi usandıran, uğura doğru hərəkətinizə mane olan nəsnə və insanlardan peşmançılıq çəkmədən qurtulun. Yeni tanışlıqlar arzuolunan deyil. Lakin şəxsi münasibətlər üçün düşərli gündür.

Qız - hiss, həyəcan, hadisələr və gözləntilərlə zəngin bir gün yaşanacaq. Başladığınız işlərin uğurla və məntiqi sonluqla başa çatması üçün maksimum səy göstərin. Lakin Andromeda və Oberon sizə ifrat gözləntilərə qapılmamağı məsləhət bilir.

Tərəzi - emosiyalar rasional düşünməyə mane olmasın, vacib məsələlərdən diqqəti yayındırmasın. Maliyyə məsələlərində yanlışlıq, ailə üzvləri ilə münasibətlərdə gərginlik istisna deyil.

 

Əqrəb - emosional narahatlıq kəskinləşsə də, bütün fikirlərinizi əyan etməyin, hisslərinizi cilovlayın. Ümumi işlə məşğul olun, işlərə emosional təkan verin, qərarları təxirə salmayın. Axşam doyunca yemək olar.

Oxatan - bu gün işlərinizdə nizam və qaydanı qorumağa çalışın. Gərginliyin hiss olunduğu situasiyanı ağırlaşdırmayın. Merkuri və Fobos sizdən kənar müdaxilələrlə təsirlərə uymamağı tələb edir.

Oğlaq - faydalı ola biləcək xəbərlərin axışını məhdudlaşdırmayın, bütün ideya və təklifləri diqqətlə qarşılayın. Hər təkliflə dərhal razılaşmayın.

Dolça - tərəfdaşlarla münasibətlərdə böhran yarana bilər. Vəziyyəti gərginləşdirməyin, rəqibləri müttəfiqə çevirməyin yollarını arayın.Təmkinlə davranın.

Balıqlar - şəxsi münasibətlərdə də gərginlik artır. Emosiyaların qarşısını almayın, sevdiyiniz insana hiss və istəklərinizi bildirin. Batinən aydınlığa, zahirən dəstəyə ehtiyacınız var.

Milli.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs