Əlaqə Arxiv
news Image
2017.04.24
11:08
| A A A
O bürclərədən olan insanlara BU SÖZLƏRİ ƏSLA DEMƏYİN!

Heç kimə sirr deyil ki, söz yarası qılınc yarasından daha kəsərlidir. Emosional vəziyyətdə insanlar bir-birlərinə tez-tez təhqiramiz sözlər deyir və təəssüf ki, sonrakı peşmançılıq fayda vermir.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, rusiyalı astroloqlar bu dəfə bürcləri ən çox incidən sözlərin siyahısını tərtib edib.
Əlbəttə ki, hər bir insan üçün təhqiramiz sözlər eşitmək ağırdır, lakin elə konkret ifadələr var ki, onlar hər bir bürcə müxtəlif cür təsir göstərir. Bəziləri üçün heç bir əhəmiyyət kəsb etmədiyi halda digələrini dərin depressiyaya sala bilər.
1. Qoç (21 mart - 19 aprel): "Sakit ol"
Bu söz yalnız Qoç bürclərinin nümayəndələrini hədsiz qıcıqlandırır və acıqlandırır. Əgər siz Qoçlara kömək etmək istəyirsinizsə, onda başqa üsullarla onu sakitləşdirməyə çalışın, bu sözü qətiyyən istifadə etməyin!
2. Buğa (20 aprel - 20 may): "Yaman qızdır/oğlandır ha"
Buğaların yanında, xüsusilə sevgililəri əks cinsin ünvanına şərh verməkdən çəkinməlidir. Bu bürclərin hətta başqasından daha gözəl olduğunu vurğulamağa çalışıb müqayisə aparmayın. Sadəcə ona komplimentlər bağışlayın, yoxsa münaqişədən qaça bilməyəcəksiniz!
3. Əkizlər (21 may- 20 iyun): "Bu, mənasız səslənir"
Əkizlərə bu ifadəni heç vaxt deməyin, çünki onların mənliyi çox böyük zərər çəkəcək! Bu zodiak işarələri elə hesab edir ki, onlar – hamıdan ağıllı, hazırcavab və maraqlı müsahibdir. Odur ki, belə sözlər Əkizlərdə güclü qəzəb doğuracaq!
4. Xərçəng (21 iyun - 22 iyul): "Məndən əl çək, lap zəhlətökənsən"
Bu cür sözlər heç kimin xoşuna gəlməz, amma Xərçənglərə hər kəsdən daha çox təsir edir. Onlar öz ünvanına belə ifadələr eşidəndə melanxoliyaya düşür. Ümumiyyətlə, Xərçəng bürcləri çətinliklə və ya nadir hallarda öz ürəklərini insanlara açır. Xüsusilə bunu yaxınlardan eşitmək onları çox incidəcək.
5. Şir (23 iyul - 22 avqust): "Sən elə də yaxşı görünmürsən"
Şirlər daim zirvələrdə olmağı və həqiqətən baxımlı görünməyi çox sevir. Məhz buna görə də yaxşı olardı ki, onların xarici görünüşü barədə mənfi şərhlər bilmdirməyəsiniz. Əlbəttə ki, əgər Şirlərin əhvalını pozmaq istəmirsinizsə...
6. Qız (23 avqust - 22 sentyabr): "Niyə biz onlara oxşarmırıq"
Əgər Qızların sevgilisi onu digər tanış cütlüklərlə müqayisə edərsə, onda bu söhbətin sonu həqiqətən yaxşı bitməyəcək. Onlar dərhal münasibətlərdə problemlər axtarmağa başlayacaq.
7. Tərəzi (23 sentyabr - 22 oktyabr): "Sənin dostların mənim xoşuma gəlmir"
Tərəzilər tərəf müqabilindən belə sözləri eşidərsə, onda bu, onların qəlbini sözün əsl mənasında incidəcək. Axı Tərəzilər üçün dostlar onların ayrılmaz hissəsidir. Bu cür sözləri onlar nəinki dostlarının, həm də öz ünvanına qəbul edəcək.
8. Əqrəb (23 oktyabr - 21 noyabr): "Mənim keçmiş..."
Keçmiş sevgili haqqında söhbət heç kəsin xoşuna gəlmir, amma Əqrəb üçün bu, əsl faciədir. Çünki onlar çox qısqancdır. Əgər siz bu zodiak işarələrinə keçmiş sevgilisini xatırlatsanız və ya eks şəxsi başqası ilə gördüyünüzü desəniz, o zaman Əqrəblər uzun müddət öz sakitliyini itirəcək.
9. Oxatan (22 noyabr - 21 dekabr): "Sən dəlisən"
Oxatanlar bu sözləri yalnız pis məcrada qəbul edir. Onlar bunu dərhal öz intellektual və emosional vəziyyətinin təhqir edilməsi kimi başa düşür. Təhlükəsizliyiniz naminə belə zarafatlar etməmək daha yaxşıdır!
10. Oğlaq (22 dekabr - 19 yanvar): "Sən mənim valideynlərimin xoşuna gəlmirsən"
Bu bürcün nümayəndələri isə hamının xoşuna gəlmək istəyir. Əgər oğlan qıza valideynlərinin onu bəyənmədiyini desə, onda o, bu vəziyyəti sevgilisinin də onu kifayət qədər sevməməsi kimi qiymətləndirəcək.
11. Dolça bürcü (20 yanvar -19 fevral): "Sən eyni ilə anan kimisən"
Əlbəttə, Dolça bürcləri öz anasını dünyalar qədər sevir, amma onlar yalnız öz xidmət və səhvlərinə görə tərif və tənqid eşitmək istəyir. Ümumiyyətlə, bu bürclər heç bir halda kiminləsə müqayisə olunmağı istəmir.
12. Balıq (20 fevral - 20 mart): "Sənin çoxlu problemlərin var"
Bu bürcün nümayəndələri özləri də bilir ki, onlar çox emosionaldır, hətta tez-tez özlərində problemlər tapırlar. Bununla belə Balıqlar üçün kimdənsə problemli insan olduğunu eşitmək xoş deyil! Onlar dəstək gözlədikləri yaxın insanların bu cür düşüncələrindən tamamilə naümid olurlar.
İndi müxtəlif zodiakı işarələrinin nümayəndələri ilə ünsiyyətdə hansı cümlələrdən qaçmaq lazım olduğunu bilirsiniz. Unutmayın ki, hər hansı fikri səslərə çevirməzdən əvvəl iki dəfə düşünmək laızmdır, axı insanı incitmək çox asan, inamını qaytarmaq isə qəlizdir...

Sizin Reklam Yeriniz