news Image
2019.11.26
11:02
| A A A
Təhsil naziri BDU-nun əməkdaşlarını təltif edib

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Mövqe.az xəbər verir ki, əmrlə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

Təltif olunanların siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.