Əlaqə Arxiv
news Image
2019.12.11
16:44
| A A A
İNSTİTUT ƏMƏKDAŞININ MACARISTANA EZAMİYYƏTƏ YOLLANDI

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin elmi işçisi Ləman Namazova Macarıstanda 2 aylıq ezamiyyətdə olmuşdur.

O, Macarıstan Elmlər Akademiyasının Kənd Təsərrüfatı Tədqiqatları mərkəzinin Bitki Genetik Ehtiyatları şöbəsinin nəzdində fəaliyyət göstərən Sitogenetika laboratoriyasında tədqiqat aparmışdır.

Tədqiqat işinin əsas məqsədi yumşaq buğda ilə müxtəlif egilops növləri arasında alınmış hibrid kombinasiyalarını molekulyar sitogenetik metodlarla tədqiqi və hibrid bitkilərdə yadcinsli xromosomları ayırd etmək olmuşdur.

L.Namazova səfər zamanı “Yumşaq buğda ilə egilops arasındakı hibridlərdə genetik dəyişilmələrin molekulyar sitogenetik tədqiqi” dissertasiya mövzusuna uyğun olaraq T.aestivum × Ae.umbellulata və T.aestivum × Ae.neglecta kombinasiyalarında xromosom əlavəolunmaları müəyyən etmiş və identifikasiyasını aparmışdır. O, həmçinin bəzi molekulyar sitogenetik metodlar (FİSH və GİSH) mənimsəmiş və tədqiqatları sözügedən metodlar vasitəsilə həyata keçirmişdir.

Sizin Reklam Yeriniz