Əlaqə Arxiv
news Image
2020.01.09
18:43
| A A A
Məktəblilərin AzTU-da bir günü

Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəb şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.
Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə geniş məlumat verilib. Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıqlar, mühəndislik işləri nümayiş etdirilib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.
AzTU-da Açıq qapı günləri  tədris ilinin sonuna kimi davam edəcək.

 

Sizin Reklam Yeriniz