Əlaqə Arxiv
news Image
2020.01.13
15:26
| A A A
AzTU-da kadr dəyişikliyi olub

Azərbaycan Texnki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

AzTU-nun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, uzun illər universitetin kitabxanasının müdiri vəzifəsində çalışmış Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub. Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Narıngül Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Sizin Reklam Yeriniz