news Image
2020.01.16
11:15
| A A A
Məleykə Abbaszadə dövlət qulluğunda işləyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda işləyənləri “Yüksəliş” müsabiqəsində fəal iştirak etməyə çağırıb.

Mövqe.az xəbər verir ki, sədr bu günə kimi 3000-dən çox insanın müsabiqə üçün qeydiyyatdan keçdiyini bildirib.

Onun sözlərinə görə, müsabiqə ilə maraqlananların sayı isə 4000 nəfərə yaxındır: “Mən nəinki işi olmayan, hətta daha çox dövlət qulluğunda çalışan insanlara müraciət edirəm. Kim hesab edirsə ki, potensialı tam açılmayıb, karyerasının inkişaf sürəti onu qane etmir, bu müsabiqə onlar üçün çox gözəl imkandır. Onlar bu prosesə qoşulsunlar və nəticə əldə etsinlər. Qeydiyyat mərhələsi bitəndən sonra qeydiyyatı təsdiq olanlara sınaq təşkil ediləcək. Bununla onlar biləcək ki, hansı xüsusiyətər lazımdı və biz nəyi axtarırıq”.

M.Abbaszadə deyib ki, müsabiqə üçün müraciət edənlərdən yalnız 20 faizi qadınlardır: “İmtahan bazar günü və online olacaq. Hətta övladları yanlarında olanda belə imtahan suallarına cavab verə biləcəklər”.