Əlaqə Arxiv
news Image
2020.03.18
13:41
| A A A
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) videodərslərə start verilir

Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verilir.

İnstitutda təhsil alan tələbələr dərs prosesindən kənar qalmaması üçün ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində (https://www.facebook.com/ilahiyyatinstitutu/) yayımlanacaq dərsləri izləyə bilərlər. Dərslər bütün kursları əhatə edəcək.

Sizin Reklam Yeriniz