news Image
2020.03.18
17:04
| A A A
Gömrük Akademiyasında distant dərslər davam edir

Təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında fənlərin onlayn tədrisi uğurla davam etdirilir.Dövlət Gömrük Komitəsinin Akademiyasınn mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova qeyd etdi ki, tədrisin bütün komponentlərinin onlayn həyata keçirilməsi üçün akademiyada bütün texniki imkanlar mövcuddur.  Elə bu səbəbdən də Akademiyanın mütəmadi dizenfeksiya olunmasına baxmayaraq Nazirlər Kabinetinin Yanında Operativ Qərargahın tövsiyələrinə əməl olunaraq dərslər distant davam etdirilir.