Əlaqə Arxiv
news Image
2020.03.18
16:57
| A A A
Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir

Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Bakı Xoreoqrafiya Akademiyası tədrisi bütün pillələr üzrə onlayn və videogörüntülər vasitəsilə təşkil edir. Təhsil ocağında dərslər proqram üzrə davam etdirilir.

Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisəsinin rəsmi “YouToube” kanalı və “Facebook” səhifəsində tam orta təhsil pilləsinin şagirdləri klassik rəqs fənni üzrə müəllim, Prezident təqaüdçüsü Pərvin Nəcəfovanın, gimnastika fənnindən Yelena Çerevatovanın, riyaziyyat fənnindən Cəmilə Kərimovanın, dil və ədəbiyyat fənnindən İlahə Hüseynzadənin, fizika fənnindən Nəsrin Əzimzadənin, ibtidai sinif üzrə müəllim Xumar Babayevanın, rus dili və ədəbiyyatı fənnindən İradə Dadaşovanın videodərslərini izləyə bilirlər.

Dərslər bundan sonra da davam etdiriləcək.

Sizin Reklam Yeriniz