news Image
2020.03.19
16:00
| A A A
Belarusda oxumaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanıldı

Belarusun Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün informasiya texnologiyaları sahəsi üzrə 2020-2021-ci tədris ili üçün təqaüdlə təhsil imkanı təqdim edib.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris rus ya belarus dillərində aparılacaq.

Təqaüd proqramına iddiaçılar üçün son müraciət tarixi 31 mart 2020-ci ildir.