Əlaqə Arxiv
news Image
2020.04.27
11:34
| A A A
BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən Yay Məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. 

BANM-dən Mövqe.az-a verilən məlumata görə, E.Qasımov bu təkliflə Təhsil naziri Ceyhun Bayramovun ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirdiyi video-konfransda çıxış edib.

O bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib.

Təklif konfrans iştirakçıları tərəfindən bəyənilib.

Sizin Reklam Yeriniz