Əlaqə Arxiv
news Image
2020.07.07
16:05
| A A A
AzTU tələbələri OSTİM sənaye bölgəsində təcrübə keçəcək - Foto
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev OSTİM Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və baş müəllimi Bəxtiyar Nəcəfovla görüşüb. Görüşdə AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlığın inkişafı çərçivəsində ikili diplom, mübadilə proqramları, birgə layihələrdə iştirak, dil kursları, xüsusilə də ingilis dili tədrisinin birgə aparılması müzakirə edilib. Hər iki universitet arasında müəllim-tələbə mübasiləsi, yay aylarında AzTU müəllimlərinin OSTİM Texniki Universitetində təcrübəyə göndərilməsi ilə bağlı təkliflər səsləndirilib. Görüşdə hər il AzTU-nun 20 tələbəsinin OSTİM sənaye bölgəsində təcrübə keçməsi qərara alınıb
Sizin Reklam Yeriniz