Əlaqə Arxiv
news Image
2020.07.14
13:29
| A A A
“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək

“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək. Vebinarların keçirilməsində məqsəd müəllimlərin işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.

Azərbaycan və rus bölmələri üzrə təşkil olunacaq sınaq imtahanlarının keçid linkləri iyulun 14-dən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

İyirmi sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək.

Qeyd edilib ki, iyulun 24-də “Kurikulumun tədrisi üzrə vebinarlar”ın növbəti buraxılışında sınaq imtahanında təqdim edilən sualların düzgün cavabları veriləcək və nəticələr müzakirə olunacaq.

 

Sizin Reklam Yeriniz