Əlaqə Arxiv
news Image
2020.07.15
17:34
| A A A
"Dərs vaxtı”nın sabaha olan cədvəli

Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 16-na olan cədvəli təqdim edilib.

Bu barədə Mövqe.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcəkdir.

“Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

Sizin Reklam Yeriniz