Əlaqə Arxiv
news Image
2020.03.31
15:31
| A A A
Azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda 88 min nəfər koronavirusla bağlı tibbi yoxlanışdan keçirilib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda 88 min nəfər koronavirusla bağlı tibbi yoxlanışdan keçirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Marneuli rayonunun meri Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, hazırda rayonda vəziyyət stabildir və ərzaq tədarükü sahəsində problem yoxdur.

Mer deyib: "Bu günədək rayon üzrə 88 min nəfər müayinə olunub. Onların 15 nəfəri xəstəxanalarda laboratoriyaya göndərilmiş analizlərin cavabını gözləyir".

Z.Darğallı bildirib ki, hazırda Marneulinin kəndlərində də vəziyyət sabitdir. Rayonun ərzaq tədarükü problemsiz şəkildə davam edir. Əhalinin maarifləndirilməsi istiqamətində Azərbaycan və gürcü dillərində broşürlər paylanılır. Banklarda izdiham var, lakin Daxili İşlər Nazirliyinin əməkdaşları da ərazidədir və insanlar arasında tövsiyə edilən məsafənin qorunmasına diqqət edirlər.

Sizin Reklam Yeriniz