Əlaqə Arxiv
news Image
2020.04.07
17:33
| A A A
"Dövlət başçısı göstərdi ki, dünya qlobal pandemiya ilə mübarizə apardığı bir dövrdə o, azadlıqdan məhrum edilmiş vətəndaşları da unutmur, onlara diqqət və qayğı ilə yanaşır"

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi səlahiyyətlər çərçivəsində əfv sərəncamı imzalayıb. Sərəncamla bağlı fikirlərini Mövqe.az-la bölüşən politoloq Nəzakət Məmmədova qeyd etdi ki, sənəddə də qeyd edildiyi kimi dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Prezidentinə əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bu addım atılıb. Heç şübhəsiz ki, müəyyən səbəblərdən cəzaya məhkum olunmuş şəxslərin yenidən öz azadlıqlıqlarına qovuşması onların özləri və ailələri, yaxınları üçün dövlət başçısının ən gözəl hədiyyəsi, təqdirəlayiq addımdır, - deyən politoloq xanım əlavə etdi ki, bir insan üçün azadlıq ən böyük nemətdir. İnsan həyatda bəzi yanlış addımları ucbatından bu nemətdən məhrum edilə, bir müddətə, yaxud ömürlük onu itirə bilər. Lakin bu şəxslərin azadlığa qovuşması, xüsusilə ahıl yaşda həyatının qalan hissəsini dəmir barmaqlıqlar arasında deyil, isti ailə ocağında, doğmaların və yaxınların arasında keçirməsi böyük bir xoşbəxtlikdir. Əlbəttə, insan azadlığını itirməyənə qədər bəlkə də onun qiymətini bir o qədər də dərk etmir. Lakin ölkə başçısının humanizm prinsipi əsasında ona yenidən qovuşmaq imkanının verilməsi yəqin ki, həmin məhkumlara keçmişin nəticələrindən ibrət almağa kömək edəcək. Dövlət başçısı göstərdi ki, dünya qlobal pandemiya ilə mübarizə apardığı bir dövrdə o, azadlıqdan məhrum edilmiş vətəndaşları da unutmur, onlara diqqət və qayğı ilə yanaşır. Həmin şəxslərin həbsxanada, qapalı şəraitdə olması həm özlərinin, həm də digər məhbusların sağlamlığını risk altına qoya bilərdi. Dövlət bütün bunları nəzərə alaraq onları əfv etdi. Bu addımı alqışlamaq lazımdır və təqdirəlayiq hesab edilməlidir. 

Elnurə Abuşova

Sizin Reklam Yeriniz