Əlaqə Arxiv
news Image
2020.06.06
16:10
| A A A
Ceyhun Məmmədov: "Ölkə rəhbərinin Cümhuriyyətlə bağlı çıxışı o dövrlə bağlı araşdırmaların dərin aparılmasını tələb edir"

Son vaxtlar ölkə rəhbəri cənab İlham Əliyevin bölgələrə səfəri zamanı yerlərdə olan rəhbər vəzifəli şəxslərə tarixi adlar və yerlər barədə tutduğu iradlar bir daha göstərdi ki, tarixi bilmək hər birimizin, xüsusi ilə rəhbər şəxslərin borcu olmalıdır. Yaxın keçmişə səyahət edək;

Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında Dövlət başçısı muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradını bildirdi:

- Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib.

... İyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev muzeydəki xəritəyə baxaraq tarixi adların düzgün yazılmasını tələb edib: “Bizim tarixi adlar burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı verib. Ona görə də bunu pozun, Qarakilsə yazın”.

Məhz tarixi savadsızlığın və tariximizə biganəliyin nəticəsidir ki, beynəlxalq debatlarda, verilən notalarda, bəyanatlarda, istərsə də mətbuatda ermənilərə verilən cavablar o qədər də əhatəli olmur, cavablar hamının bildiyi və təkrarladığı şablon formada olur. Acı da olsa, sadaladıqlarım həqiqətdir. Məmurlarla yanaşı millət vəkili kimi şərəfli adı və missiyanı daşıyan deputatlarımız da tariximizi bilməli, baş verən ictimai-siyasi hadisələrlə yanaşı, tarixin saxtalaşdırılması diskussiyalarında, istərsə də, tanınmış şəxslərin tarix barədə dediklərinə faktlarla, təhrifə yol vermədən, mübaliğəsiz reaksiya verməlidirlər. Verə bilirlərmi?

Təəssüf ki, təkrar seçilən deputatların əksəriyyəti yenə ənənələrinə sadiq qalaraq susqunluq göstərir, yeni seçilənlərin bir çoxu hələki gözləmə mövqeyi tutur, savadına, danışıq qabiliyyətinə güvənən bir neçə deputat isə aktivliyi ilə seçilir, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə, cənab Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifə və öhdəliklərə reaksiyalarını bildirirlər. Onlardan biri - Ceyhun Məmmədov, dünən Milli Məclisdə yenə işgüzarlığını, hadisələrə biganə qalmadığını ənənəsinə sadiq qalaraq sübut etdi.

Məlumatlıyıq ki, bir neçə gün öncə cənab Prezident Tərtər rayonuna səfəri zamanı Cümhuriyyət illərinə, ozamankı tarixi uğursuzluqlara səyahət etdi. Cənab Prezidentin çıxışına münasibət birmənalı qarşılanmadı.

Ceyhun Məmmədovun dünən Milli Məclisdəki çıxışı cənab Prezidentin çıxışına və çıxışdan irəli gələn öhdəliklərə ən yaxşı cavabdır.

Biz tariximizi hansı dərəcədə bilirik? Ayrılan pullara rəğmən Cümhuriyyət dövrünün tarixi lazımi dərəcədə araşdırılırmı?

Bütün bu suallara Ceyhun müəllimin 5 uyun Milli Məclisdə çıxışı zamanı aydınlıq gətirilib.

Hamı üçün maraqlı və aktual olduğunu düşünərək çıxışın elektron variantını sizlərə təqdim edirəm:

"Prezident İlham Əliyev Tərtər İdman Olimpiya Kompleksinin açılışında bir çox vacib məqamlara toxundu. Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə bir sıra vacib məqamlara toxundu, konseptual yanaşmasını ortaya qoydu. Məşhur bir fikir var; tarix millətlər və dövlətlər ondan nəticə çıxarmadıqda təkrarlanır. Prezident Xalq Cümhuriyyəti ilə bağlı məsələyə artıq bir neçə dəfədir toxunur. Ancaq burada məqsəd o dövrdə cərəyan edən hadisələrin fonunda bu gün baş verən hadisələri təhlil etmək və lazım olan nəticələri çıxarmaqdır. Bu gün burada bizimlə bu zalda əyləşən eləcə də, elmi müəssisələrimizdə çalışan dəyərli tarixçi alimlərimizin o dövrlə bağlı xüsusi əhəmiyyət kəsb edən araşdırmalararının olmasını qeyd etməklə yanaşı, bir sıra məqamların üzərində xüsusi durmaq istəyirəm. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı bir neçə mühüm sərəncamı olub. Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Cümhuriyyətin irsinin öyrənilməsi ilə bağlı mühüm qərarlar qəbul etmiş və sərəncamlar imzalamışdır. 2018-ci il ölkəmizdə Xalq Cümhuriyyəti ili elan edilmişdir. Silsilə tədbirlər keçirilmişdir. Etiraf etməliyik Cümhuriyyət dövründə cərəyan edən hadisələrr ölkəmizdə tam arşdırılmayıb, kifayət qədər əsər yazılmayıb. Prezidentin çıxışını yanlış istiqamətdə şərh etməyə cəhd edənlər oldu. Ancaq tarixi reallıqları deməkdən də çəkinməməliyik. Bəli Cümhuriyyət çox ağır tarixi bir şəraitdə o insanların böyük fədakarlığı nəticəsində quruldu. Daxili və xarici təzyiqlər çox idi. Xalq Cümhuriyyəi ermənilərin Azərbaycana qarşı iddialarının qarşısını almaq və gələcəkdə bu kimi iddiada olmamaları üçün bu addımı atdılar. Ancaq ermənilər iddialararına son qoydularmı? Əksinə sonrakı illərdə də müxtəlif iddialarla çıxış etdilər və 88-ci illərdən başlayaraq Dağlıq Qarabağın işğalı məqsədilə Azərbaycanlılara qarşı iddialar səsələndirməyə başladılar. Bu gün də onlar yeni arzu və iddialarla yaşayırlar. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu cəhdlərin qarşısı alınacaq. Bütün bunlar bizdən o dövrlə bağlı araşdırmaların dərin aparılmasını və yeni tədqiqatların ortaya qoyulmasını tələb edir".

Elnurə Abuşova

    

Sizin Reklam Yeriniz