Əlaqə Arxiv
news Image
2020.07.03
12:53
| A A A
AzTV-dən yoluxan əməkdaşları ilə bağlı açıqlama

Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun koronavirusa yoluxmuş əməkdaşlarının son durumu ilə bağlı məlumat yayıb.

AzTV-dən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 5 əməkdaş xəstəxanada koronavirusdan müalicə alır:

"1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur".

Qeyd edək ki, ötən gün AzTV-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev, bir neçə gün öncə isə QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan dünyasını dəyişib.

Sizin Reklam Yeriniz