Əlaqə Arxiv
news Image
2020.09.15
08:36
| A A A
BŞTİ müəllimlərin, şagirdlərin və məktəblərin sayını açıqladı

Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 971 şagirdin təhsil alması nəzərdə tutulur.

Bu barədə Mövqe.az-ın sorğusuna cavab verən BŞTİ-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədov qeyd etdi ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794 şagirdin təhsil alması proqnozlaşdırılır. (Qeyd: XII sinfində 170 şagird) BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır.

Bəşarət müəllim onu da qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Elnurə Abuşova

Sizin Reklam Yeriniz