Əlaqə Arxiv
news Image
2013.02.15
11:01
| A A A
ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub

ABŞ-da "Cənubi Qafqazda öz müqəddəratını təyinetmə hüququ: Dağlıq Qarabağ kontekstdə" adlı kitab nəşr olunub. Movqe.az-in məlumatına görə, kitabın müəllifi Nyu-Yorkda yaşayan soydaşımız, hüquq elmləri doktoru Bəhruz Balayevdir.

Kitaba "Azərbaycan gündəliyi" əsərinin müəllifi, Montana Universitetinin professoru Tomas Qolts və hüquq professoru Ziqfrid Vissner öz söz yazıblar. Kitabda beynəlxalq hüquqda müqəddəratını təyin etmə və ərazi bütövlüyü anlayışları arasında münasibətlər Qafqaz regionu kontekstində nəzərdən keçirilib. Bu təhqiqat Qafqaz regionunda müxtəlif münaqişələri – Dağlıq Qarabağ, Cənubi Osetiya, Acarıstan, Abxaziya və Çeçenistan - əhatə edir və konfliktlərin müqayisəli təhlili aparılır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinin hüquqi statusunu analiz edir və diqqəti sovet psixologiyasına, Ermənistanın işğalçı siyasətinin hüquqi nəticələrinə cəlb edir.

Sizin Reklam Yeriniz