Əlaqə Arxiv
news Image
2013.02.21
10:10
| A A A
Azərbaycan silah bazarında ixracatçı ölkəyə çevrilir
Şəfəq Kərimova: “Beynəlxalq sərgilərdə nümayiş olunan silahların arasında "İstiqlal” snayper tüfənginə daha çox maraq göstərirlər” Üzeyir Cəfərov: “Bir müəddətdən sonra silah idxalına heç ehtiyac da qalmayacaq” Məlumdur ki, hazırda Azərbaycan Ukrayna, Rumıniya, Çin, Rusiya və İsrail kimi ölkələrdən silah idxal edir. Amma bununla yanaşı, yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyi də silah istehsal edir. Həmçinin artıq istehsal edilmiş silah – sursatlardan dünya bazarlarına da çıxarılır. Müxtəlif silah sərgilərində təqdim olunan silahlarımız xaricilərin rəğbətini qazana bilib. Hazırda Azərbaycan istehsalı olan hər növ güllə və xüsusən də "İstiqlal" tüfənginin (IST-14,5 Anti-Material Rifle) ixracı baş tutub. Bunlardan başqa, nazirlik "Zəfər" və "Zəfər-K" tapançalarının da ixracatını nəzərdə tutur.
Nazirliyin mətbuat xidmət rəhbəri Şəfəq Kərimova "Mövqe"yə açıqlamasında bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən konkret hansı ölkələrlə hansı müqavilərin bağlandığı açıqlanmır: "Amma xarici ölkələrlə əməkdaşlıq sahəsində yeni müqavilələr hər an gözləniləndır. Biz də bununla bağlı hər dəfə məlumat veririk. Hazırda isə beynəlxalq sərgilərdə nümayiş olunan silahların arasında "İstiqlal" snayper tüfənginə daha çox maraq göstərirlər. Bundan başqa məmulatlar da var ki, sərgilərdə nümayiş etdirilən silahlar xarici ölkə nümayəndələrinin diqqətində olur".
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, silah ixracının Azərbaycan üçün böyük faydası olacaq: "Çünki, Azərbaycan, yavaş – yavaş hərbi sənaye kompleksini inkişaf etdirir. Bununla buraxdığı məhsullardan dünya bazarında da realizə edə, sata bilər. Bu işdə Azərbaycana ən böyük dəstək isə Türkiyədir. Hələ bu günlərdə də Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində Beynəlxalq Müdafiə Sərgisi və Konfransı (IDEX) təşkil olunub. Həmin sərgidə Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Hətta Türkiyənin müdafiə sənaye katibi Murad Bayarın Azərbaycanın güc strukturları nümayəndələri – DSX - nin rəhbəri, general – leytenant Elçin Quliyev, MN - nin rəsmisi, general – mayor Qorxmaz Qarayev ilə görüşü baş tutub. Tərəflər bir yerdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Müzakirə olunan yeni layihə çərçivəsində Türkiyə Azərbaycanla birgə işlər həyata keçirəcək. Türkiyə, İsrail və digər ölkələrlə olan iş birliyi Azərbaycana imkan verəcək ki, bu layihələri reallaşdırsın və bizim silahların da dünya bazarında alıcıları olsun. Hətta Stokholm məktəbi dünyada silahlarla bağlı sənəd ortaya qoyub. Azərbaycan sülhyaratma missiyasında iştirak edib və edir. Buraxdığımız məhsul da təkcə Azərbaycan və Orta Asiya ilə məhdudlaşmayacaq. Yəqin ki, başqa ölkələr də buna maraq göstərəcəklər. Düzdür, xeyli danışıqlar var. Amma o danışıqların hansı sonluqla nəticələnəciyini qabaqcadan demək çətindir. Bu işdə optimistəm ki, bizim hərbi sənaye kompleksimiz gələcəkdə, ona qoyulan böyük vəsaitlərin müəyyən hissəsini Azərbaycana qaytarmaq iqtidarında olacaq. Bir müəddətdən sonra silah idxalına heç ehtiyac da qalmayacaq".
Ekspertin sözlərinə görə, konkret ölkələrlə danışıqlar barəsində məlumatlar açıqlanmasa da bir sıra ölkələrlə danışıqlar gedir: "Danışıqlar tək Türkiyə və İsraillə məhdudlaşmır. Burda Pakistan, Çin Ukrayna kimi ölkələr də var. Onların burada birgə hansısa məhsulu buraxması və Ukraynada istehsal olunan məhsulların detallarının burada hazırlanması işləri aparılır. Beləliklə bu sahədə Azərbaycanın perspektivi böyükdür".
Hərbçi bildirir ki, xarici ölkələrin ən çox maraq dairəsində tapançamız, "İstiqlal" tüfəngi, pilotsuz təyyarə və bütün növ güllələr var: "Hətta bizdə pulemyotlar üçün güllələrin istehsalı da aparılır. Hələlik güclü alıcımız olmasa da, bir sıra ölkələrdə sınaq üçün alınıb. Əgər özünü doğruldacaqsa, yəqin, bunun sayı artırılacaq".
Sizin Reklam Yeriniz