Əlaqə Arxiv
news Image
2013.02.22
12:14
| A A A
Ermənilər cəbhədə mülki şəxsin evini yandırdılar
Tovuzun Hacıallı və Əlibəyli kəndlərindəki evlər gecə boyu intensiv atəşə məruz qalıblar

Ötən gün axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhə xəttində yenidən fəallaşıblar. Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıallı və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz intensiv atəşə məruz qalıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər saat 19:00 radələrindən aktivləşib və mövqelərimiz saat 03:00 radələrinə qədər dayanmadan avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutublar. Bundan sonra isə atəş səsləri səhərə qədər ara-sıra eşidilib.


Ermənilər təkcə Azərbaycan Silahlı Qüvvələrin mövqeylərinin deyil, həmçinin kənd camaatının da yaşadığı evlərə atəş açıblar. Bu zaman Əlibəyli kəndində olan bütün evlər dəlik-deşik olub. Bundan əlavə Əli Həsənova məxsus ev yanıb.

Qeyd edək ki, atəşkəsin pozulması zamanı ölən və yaralananlar barədə məlumat verilmir.

Sizin Reklam Yeriniz