Əlaqə Arxiv
news Image
2013.02.26
18:19
| A A A
Reklamlarda yenə Azərbaycan dilinə «qəsd olunur»
Hacıəmi Atakişiyev: «Reklam idarələrində bir nəfər də olsun normal Azərbaycan dilini bilən kadrlar yoxdur» Nizami Cəfərov: «Reklamlarda, elanlarda bir qayda olaraq Azərbaycan dili üstünlük təşkil etməlidir» aMəlum olduğu kimi iqtisadiyyatın aparıcı sistemlərindən biriolan kommersiya məqsədli reklamlar biznes planlarının daha uğurlu nəticələnməsinə və ticarət dövriyyəsinin maksimal genişlənməsinə təkan olan vasitədir. Bu səbəbdəndir ki, dünyanın bir çox iri şirkətləri və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələri reklama xüsusi diqqət yetirirlər. Azərbaycan mediasında da reklamın xüsusi yeri və rolu var. Amma bu reklamların yayımında ən mənfi cəhət bəzi streotiplərin pozulmasıdır.

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanununda və "Reklam haqqında" Azərbaycan Respublikasının qanununda xarici sözlərin istifadəsinə yolverilməməsi qeyd olunsa da, bugün o tələblərə əməl edilmədiyi açıq şəkildə özünü biruzə verir. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev Movqe.az-a bu barədə aşağıdakıları bildirib: "Bu məsələ ilə bağlı Milli Məclisdə qanun hazırlanır. Dil probleminin birdəfəlik həll olmasının mən də sizin kimi tərəfdarıyam. Bunun üçün mütləq şəkildə kopirator məktəbi yaranmalıdır. Kopirotorlar şəhər küçələrində və s. yerlərdə nümayiş olunan reklamların, loqoların dilini hazırlayırlar. Bizdə jurnalistlər var, amma bu sahədə mütəxəsislər yoxdur. Reklam və loqoların dilini işləyən kadrlarımız yoxdur. İlk növbədə bu məsələni həll etmək lazımdır. Reklam agentlikləri yaradılmalıdır. Biz istədik, istəmədik xarici dildə olan reklamları Azərbaycan dilinə tərcümə edirik. O zaman da çox şey anlaşılmır. Daxili kopirator məktəbimiz olsa, universitetlərdə jurnalistlərə bu proses dərs kimi tədris olunsa, inanın yerdən-göyə qədər fərq aradan qalxar. Çox uzun bir yoldur. Biz çox gec bu məsələlərin üstünə düşmüşük. Bu ilin yayında "Reklam haqqında" qanuna dəyişikliklər olunacaq. Ondan sonra isə kadr siyasətinə başlanılmalıdır. Hazırda isə reklam idarələrində bir nəfər də olsun normal Azərbaycan dilini bilən kadrlar yoxdur. Bilinmir onlar nə dilində danışırlar".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovreklamlarda əcnəbi sözlərdən istifadə edilməsi haqqında fikirlərini bildirib: "Reklamlarda, elanlarda bir qayda olaraq Azərbaycan dili üstünlük təşkil etməlidir. Amma burda belə bir məsələ də vardır ki, transmilli, yəni beynəlxalq şirkətlər dünyanın hər yerində fəaliyyət göstərir. Ona görə də istər-istəməz onların özünəməxsus adları, göstəriciləri (məsələn, Coca-cola, Pepsi) loqo-emblemləri ilə ortaya çıxırlar, bütövlükdə mediada bu cür tanınırlar. Bu proses təkcə Azərbaycanda yox, digər ölkələrrdə də eyni ilə təkrarlanır. Belə hallara etiraz etmək mümkün deyil. Təsəvvür edin, Azərbaycanın beynəlxalq bir şirkəti var, biz bütün dünyada o markaya seçdiyimiz adla fəaliyyət göstərcəyik, buna heç kim etiraz edə bilməz. Beynəlxalq standartlardan başqa reklamlar, elanlar bir qayda olaraq Azərbaycanda məhz Azərbaycan dilində getməlidir. Amma müəyyən istisna hallar da ola bilir. Bu da ehtiyacdan əmələ gəlir. Elə elan və reklamlar var ki, təkcə Azərbaycan üçün nəzərdə tutulmur. Bakı beynəlmiləl şəhərdir. Şəhərimizdəki xaricilər bu reklamlardan faydalanırlar. Mən düşünmürəm ki, belə halda Azərbaycan dilinin hüquqları pozulur. Ancaq Azərbaycan dili sıxışdırılma həddində olsa, biz o zaman etiraz edə bilərik. Sadəcə nisbətə düzgün riayət olunmalıdır. Yəni təxmini hesablara görə, ölkənin reklam mənzərəsində ana dili dörddə üç çəkiyə malik olmalıdır.Yəni reklamlarda istifadə olunan sözlər 75% ana dilində olmalıdır. 25% -ə qədər beynəlxalq dillərdə işlənən sözlərdən istifadə qəbul olunan haldır".

Sizin Reklam Yeriniz