Əlaqə Arxiv
news Image
2011.12.01
16:20
| A A A
Fransadan ermənilərə böyük zərbə
Bu ölkədə sığınacaq tapan ermənilərin kütləvi deportasiyasına başlanılır

Ermənistanın xaricdə əsas güc mərkəzi sayılan lobbi qrupları və diasporası son dövrlərdə ciddi qüvvə itkisinə məruz qalmaqdadır. Bu isə nəticə etibarilə Ermənistanın xaricdə mövqelərinin sürətlə zəifləməsinə, həmçinin bu ölkənin lobbi tərəfindən göndərilən yardımlardan məhrum olmasına yol açır. Hazırda erməni lobbisinin böyük problem yaşadığı məkanlardan biri qismində Fransa çıxış edir. Məsələ burasındadır ki, Fransada sığınacaq tapan ermənilərin kütləvi deportasiyası başlanıb.

İndiyə qədər isə bu ölkədə sığınacaq tapan ermənilər həm də lobbi qrupları və diasporanın əsas hərəkətverici qüvvəsi hesab olunurdu. Lakin indi Fransa erməniləri kütləvi deportasiya etməklə onların lobbi və diaspora qüvvələrinə də əsaslı zərbə endirmiş olur.

Qeyd edək ki, Fransa hökuməti ölkə ərazisində qeyri-qanuni məskunlaşan erməni qaçqınlarının sayının rekord həddə çatdığını açıqlayıb. Elə bu fonda da Fransa hökuməti erməni miqrantlarının ölkədən çıxarılması istiqamətində fəaliyyətə başlayıb. Rəsmi Paris onların ölkədən çıxarılmasına nail olmaq üçün hətta hər ailəyə adambaşına 2 min avro təklif edir. Erməni qaçqınlara öz ölkələrinə və ya digər ölkəyə getmələri barədə qərar qəbul etmələri ilə bağlı 1 ay vaxt verilib. Fransanın daxili işlər naziri Klaude Queant bildirib ki, son 4 ildə Fransada qaçqınların sayı 55 faiz artıb. "Bu rəqəm hökuməti ciddi narahat edir və ölkəyə miqrantların qeyri-qanuni axınının qarşısını almaq vacibdir. İlin sonunadək 60 mindən artıq müraciətə baxılacaq. 2008-ci ildə isə bu rəqəm 42 min nəfər olub. Fransa hökuməti hər il müraciətlərin 70-80 faizini rədd edir.

Queant məsələ ilə bağlı qeyd edir: "Bizim ölkəmizdə yaşayan miqrantlar mütləq qanunlarımıza da hörmətlə yanaşmalıdır". Onun sözlərinə görə, Fransaya üz tutan miqrantların əksəriyyəti Ermənistan və Banqladeş vətəndaşlarıdır. Nazir bildirib ki, Fransadan sığınacaq istəyən ermənilərin əksəriyyəti öz ölkələrindəki iqtisadi və sosial böhrandan əziyyət çəkənlərdir: "Onların çox hissəsi ölkələrindəki sosial bərabərsizlikdən yaxa qurtarmaq istəyənlərdir. Biz onlara müəyyən məbləğdə maliyyə yardımı da təklif edirik". O, bir daha xəbərdarlıq edib ki, ölkəyə qeyri-qanuni yolla gəlmək istəyən əcnəbilərə güzəşt edilməyəcək.

Hadisələrin gedişi göstərir ki, artıq dünyada ABŞ-dan sonra daha çox təsir gücünə malik Fransadakı erməni lobbisinin bu ölkədə məkrli siyasəti sürətlə iflasa uğrayır.

Xatırladaq ki, ermənilər vaxtilə yeri gəldi-gəlmədi "bütün ermənilərin böyük dostu" kimi qələmə verdikləri Fransa prezidenti Nikola Sarkozidən əməlli-başlı inciyiblər.

Bu inciklik ilk növbədə keçən ilin noyabrında prezident Nikola Sarkozinin göstərişinə əsasən, baş nazir Fransua Fiyon yeni Nazirlər Kabinetini təşkil edərkən keçmiş hökumətdə nazir vəzifəsini tutmuş və bu ölkədəki erməni lobbisinin məkrli niyyətlərini həyata keçirməkdə əsas qüvvə kimi baxdığı, gələcək karyerasına böyük ümid bəslədiyi Patrik Dəvəçiyanın yeni hökumətdə təmsil olunmamasından başlayıb.

Elə bundan sonra erməni siyasətçiləri bu məsələ ətrafında böyük hay-küy qaldırdılar. Onlar prezident seçkiləri zamanı Nikola Sarkozinin dövlət başçısı seçilməsi üçün dəridən-qabıqdan çıxan, ölkənin aparıcı Xalq Birliyi Hərəkatı Uğrunda Partiyasında (UMP) "böyük hörmət və nüfuza malik" Patrikin yeni hökumətdə yer almamasına müxtəlif don geyindirməyə başladılar. Onların iddiasına görə, Parisin ətrafındakı Nöyli yaşayış məntəqəsinə partiyanın təmsilçisi seçkisində prezidentin oğlu Jan Sarkozinin namizədliyi ilə yanaşı, Patrik Dəvəçiyanın da öz namizədliyini irəli sürməsinin Nikola Sarkozinin qəzəbinə tuş gəlməsi nəticədə, onun nəinki Nöylidə partiyanın təmsilçisi vəzifəsinə seçilməməsinə, həm də yeni hökumətdə təmsil olunmamasına gətirib çıxaran əsas səbəb olmuşdu. Başqalarına böhtan atmaqda pərgar olan ermənilər bu dəfə də ənənələrindən çıxış edərək Nikola Sarkozinin Patrik Dəvəçiyandan oğlunun intiqamını almasına dair gülünc və mənasız iddialar səsləndirdilər.

Fransalı ermənilər UMP-dən prezidentliyə namizədliyi irəli sürülmüş Nikola Sarkozinin 2007-ci il aprelin 24-də onlara ünvanladığı məktubdan sitatlar da gətirmişdilər. Guya həmin məktubda Nikola Sarkozi prezident seçiləcəyi təqdirdə bütün məsələlərdə erməniləri dəstəkləyəcəyini, 2006-cı ildə Milli Assambleya tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cərimə kəsilməsi və həbs cəzası verilməsinə dair qəbul edilmiş qanunun Senatdan keçməsinə köməklik göstərəcəyini vəd edib.

Fransadakı erməni lobbisinin liderlərindən biri olan Ara Toranyan redaktoru olduğu və Parisdə fransız dilində çıxan gündəlik Ermənistan xəbərləri "jurnalının ötən il dekabrın 30-da çap olunan sonuncu nömrəsində dərc etdirdiyi məqaləsində prezident Nikola Sarkoziyə "vədini xatırlatmaqla" yanaşı, son hadisələrin dövlət başçısı tərəfindən bir "oyun" olduğunu həmvətənlərinin diqqətinə çatdırdı. O, Nikola Sarkozinin prezident seçildikdən bir qədər sonra- 2007-ci il mayın 23-də səlahiyyətli nümayəndəsi Jan-David Levitti xüsusi tapşırıqla Ankaraya səfərə göndərməsindən, Türkiyə prezidentinə dövlət başçısının "erməni soyqırımı barədəki qanun layihəsi Fransa Senatında öləcəkdir" fikrini çatdırmasından kin və küdurətlə söz açmış, az qala bunu erməni xalqına xəyanət kimi dəyərləndirməyə də çalışmışdı.

Fransadakı ermənilərin bu iki fakta görə ölkə prezidentindən incik düşmələrini büruzə vermələri "böyük Ermənistan" xülyasına düşmüş erməni şovinistlərinin dünyanın bir çox ölkələrində, o cümlədən Fransa kimi demokratik dövlətdə dayaqlarının zəifləməsindən xəbər verirdi. Artıq bunun real nəticəsi kimi isə ermənilər Fransadan hətta kütləvi şəkildə deportasiya olunur.

Sizin Reklam Yeriniz