Əlaqə Arxiv
news Image
2013.03.07
18:21
| A A A
Roland Kobianın Azərbaycanla bağlı açıqlaması cəfəng sayıldı
Sabir Vəliyev: «Roland Kobia sadəcə boş-boş danışıb» Vahid Məhərrəmov: «Ola bilər ki, Kobia kənd təssərüfatı məhsulları ilə yanaşı sənayə məhsullarının ixracını da nəzərdə tutub»

Azərbaycan 6 min 600 adda kənd təsərrüfatı məhsulunu Avropaya ixrac edə bilər. Belə bir açıqlama ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia çıxış edib. O bildirib ki, bu məhsulların Avropa İttifaqı bazarlarına heç bir manə olmadan çıxarılması mümkündür.

Lakin bu fikirin qəti şəkildə yalnış olduğunu bildirən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev Mövqe.az-a açıqlamasında qeyd edib: "Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia sadəcə boş-boş danışıb. 6600 adda kənd təsərrüfatı məhsulu heç vaxt Avropaya ixrac edilə bilməz. 10-15 ədəd məhsul (meyvə, tərəvəz, kartof) desəydi, mümkün olardı. Onun sadəcə dünya iqtisadiyyatından, kənd təəssərüfatından anlayışı yoxdur. Avropanın özü öz məhsulunu heç yerdə sata bilmir. Bunu mütləq mətbuatda yayımlayın ki, Avropa bizim üçün bazar deyil. Ola bilər, Avropada istehsal olunmayan məhsul olsun və biz emal məhsullarını o zaman Avropa bazarına çıxardarıq. Onların özlərinin o qədər yetişdirdikləri müxtəlif üsullu məhsul , meyvə tərəvəz var ki, bizim ora nə isə ixrac etməyimiz qeyri-mümkündür. Bizim keyfiyyətli istehsal etdiyimiz "Qızıləhmədi" almasını görüb heç kim onların alma və ya başqa meyvələrini almaz. Biz ora əgər tələbat olsa çay, şərab, konserv emalı məhsullarını göndərə bilərik. Qeyd edim ki, biz MDB dövlətlərinə 320 milyon dollarlıq məhsul göndərmişik. Amma Avropaya heç vaxt elə bir hal mümkün ola bilməz".


Roland Kobianın "Azərbaycan 6 min 600 adda kənd təsərrüfatı məhsulunu Avropaya ixrac edə bilər" fikirinə ekspert Vahid Məhərrəmov münasibəti belə olubi: " Mən özüm 30 ildir kənd təssərüfatı, aqrar sahə ilə məşğulam. Ancaq o, rəqəmi mən təsəvvür edə bilmirəm. Ola bilər ki, R. Kobia kənd təssərüfatı məhsulları ilə yanaşı sənayə məhsullarının ixracını da nəzərdə tutub. Aqrar sahə ilə bağlı konkret onu deyə bilərəm ki, bizim araşdırmalarımıza görə, 50-yə yaxın kənd təssərüfatı məhsulu var ki, biz onu birbaşa konservləşdirilməmiş, emal edilməmiş, halda ixrac edə bilərik. Bizim digər ölkələrə nisbətən kənd təsərrüfatı məhsulunun ixracı və istehsalı ilə bağlı daha böyük potensialımız var. Bu potensialı da bizə iqlim şəraiti verir. Bizim iqlim şəraitini Türkiyənin, İspaniyanın və İtaliyanın iqlim şəraitinə uyğun hesab edirlər. Ancaq bizdə bir çox üstünlüklər var. Bu üstünlüklər ondan ibarətdir ki, bizdə mövcud olan 9 iqlim şəraiti imkan verir ki, biz daha çox çeşiddə kənd təsərrüfatı məhsulu istehsal edə bilək. Bu məhsulun da bir hissəsini emal edək. Bölgədə bu üstünlük yalnız bizə verilib və biz bu potensialımızı ortaya qoya bilsək, neftdən daha çox kənd təsərrüfatı məhsulunun istehsalı, emalı və satışından gəlir əldə edə bilərik".

V. Məhərrəmov kənd təsərrüfatı məhsullarının MDB ölkələri ilə yanaşı, Avropaya ixrac olunması prosesini də vacib bildi: "Biz gələcəyi düşünərək Avropaya məhsul idxal etməliyik. İndiyə kimi biz Rusiya, Qazaxıstan, Belarusa və digər MDB ölkələrinə kənd təsərrüfatı məhsulu ixrac edirdik. Ancaq bu gün tələb dəyişir. Bu ölkələrin bir qismi Ümumdünya Ticarət Təşkilatına qəbul olunduğu üçün bu təşkilatın standartını qəbul ediblər. İndi biz o standarta uyğun məhsul istehsal edə bilmirik. Hələ ki Rusiyanın tələbatı çox olduğu üçün bizdən bir çox kənd təsərrüfatı məhsulunu idxal edir. Bu gün bu istiqamətdə problem olmasa da, sabah problem yarana bilər. Onlar gələcəkdə bizdən tələb edə bilər ki, sizin istehsal etdiyiniz məhsulu özü, onun qablaşdırılması və yaxud da daşınması standarta uyğun deyil. Mütləq bu problemlər ortaya çıxacaq. Biz çalışmalıyıq ki, bu gün sivil ölkələrin, xüsusilə də Avropa ölkələrinin qoyduğu standart tələblərə uyğun məhsul istehsal edək, onu emal edək və həmin ölkələrə çatdıra bilək. Biz MDB ölkələri ilə kifayətlənə bilmərik. Bizim potensialımız daha yüksəkdir. Biz bu gün buğda, süd, ət idxal edirik, ixrac etdiyimiz isə meyvə-tərəvizidir. Bu da çox az hissədir. Bizim idxal etdiyimizlə ixrac etdiyimiz saldo daha çox idxalın xeyrinədir. Biz çalışmalıyıq ki, bu balansı ixracın xeyrinə dəyişək. Biz çalışmalıyıq ki, həm yüksək keyfiyyətli məhsul istehsal edək, həm də onun maya dəyəri aşağı olsun. Bundan sonra Azərbaycan brendlər yaradıb, xaricə ixrac edə bilər. Bu çay, nar şirəsi, sitrus meyvələrin ixarıcı ilə bağlı ola bilər. Bunun üçün də məhz məhsuldarlıq artırılmalıdır".




Sizin Reklam Yeriniz