news Image
2013.03.09
13:14
| A A A
DİN: İstənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq
DİN rəsmisi bir qrup gəncin martın 10-da “Fəvvarələr” meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciətinə münasibət bildirib "Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmamış, ictimai qayda və təhlükəsizliyin pozulmasına yönələn istənilən qanunsuz aksiyanın qarşısı alınacaq. Lakin hər hansı bir aksiya İcra Hakimiyyətilə razılaşdırılarsa, həmin aksiya iştiakçılaının təhlükəsizliyi və ictimai asayişin qorunma məsələləri polis tərəfindən təmin olunacaq".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANS PRESS-ə açıqlamasında bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə əsgər ölümünə etiraz edən bir qrup gəncin martın 10-da "Fəvvarələr" meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciət yayılıb.