65 il əvvəl azərbaycanlıların Ermənistandan deportasiyası başlayıb
1948-ci ildə SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı
əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul
edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il
dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı
kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli
idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə
müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı.
100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi.
1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdır.