news Image
2013.03.11
17:49
| A A A
İctimai nəqliyyatda güzəştlər qayıdır?!
Məzahir Rüstəmov: «Nəqliyyatda güzəştərin tətbiqi məsələsi artıq zərurətə çevrilib» Namiq Həsənov: «Kart sisteminə keçirildikdən sonra il ərzində bu güzəştlər haqqında danışıqlıqlar aparıla biləcək»

İctimai nəqliyyatda güzəştlərin bərpa edilməsi yenidən aktual müzakirə mövzularından birinə çevrilib. Belə fikirlər səslənir ki, ictimai nəqliyyatda kiçikyaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlər həyata keçrilməlidir.

Ekspert Məzahir Rüstəmov da nəqliyyat sektorunda güzəştlərin reallaşması prosesini zərurət hesab edir: "Bu gün nəqliyyat sahəsində müəyyən naliyyətlər əldə edilib. Dövlətmizin iqtisadi cəhətdən möhkəmlənib inkişaf etməsi də bəzi sosial qruplar üçün nəqliyyatda müəyyən güzəştlərin edilməsinə imkan verir.

Nazirlər Kabineti, Nəqliyyat Nazirliyinin məsul şəxsləri və ya Milli Məclisdə bu məsələlərə dair komissiyaya müəyyən bir sənədlər daxil olsaydı yəqin ki, güzəştlər barədə danışıqlıqlar gedərdi, bunu nhəlli yolları axtarılardı. Düşünürəm ki, bu proses reallaşarsa, büdcə və ya Nəqliyyat Nazirliyi üçün heç bir maliyyə ziyanı ola bilməz. Nəqliyyatda güzəştərin tətbiqi məsələsi artıq zərurətə çevrilibdir desək, heç də yanılmarıq. Öncə qocalar, əlilər, daha sonra tələbələrə bu güzəştlər şamil olunmalıdır. Sovet dövründə belə bir güzəştlər var idi. İndi də hesab edirəm ki, kart sisteminə keçildikdən sonra bu prosesin reallaşması mümkün ola bilər. Və yaxud da ki, əhalinin sosial vəziyyəti ağır olan qrupuna müəyyən güzəştlər etmək olar" .

Nəqliyyat Nazirliyinin təmsilçsi Namiq Həsənov nəqliyyatda güzəştlərin reallaşması prosesi haqqında Mövqe.az-a açqlamasında bildirib: "Nəqliyyatda güzəştlərin olması hələ nəzərdə tutulmayıb. Bu, özəl bir sahədir. Amma müəyyən təşkilatlar var ki, onlar bu barədə təkliflərlə çıxış ediblər. Gələcəkdə bu barədə müzakirələr aparıla bilər, amma faktiki indi elə bir güzəştlər gözlənilmir. Nəqliyyatda güzəştlərin olması müzakirə obyektidir, bizə də dəfələrlə bu barədə müraciətlər daxil olub. Amma bu sahə özəl anlam kəsb etdiyi üçün sahibkarlarla da müzakirə edilməlidir. Kart sisteminə keçirildikdən sonra il ərzində bu güzəştlər haqqında danışıqlıqlar aparıla biləcək".