Əvəz Zeynallı azadlıqdan məhrum edildi
“Xural” qəzetinin baş redaktoru 9 il müddətinə həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Movqe.az-ın verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmənin hökmü ilə Ə.Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.