news Image
2013.03.13
07:46
| A A A
Radikalların pula görə Azərbaycana böyük xəyanəti
Sözügedən düşərgədə yer alanlar əcnəbi ağalarından aldıqları maliyyə əvəzinə destruktiv fəaliyyətə can atırlar

Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri də ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqoryevs barədə yayılan məlumatlardır. Bu məlumatlardan belə aydın olur ki, əsas etibarı ilə müxalif düşərgədə yer alan bir qrup gənc adıçəkilən institutdan aldıqları pullar hesabına Azərbaycanda ixtişaşlar törətmək, bunun üçün hətta hüquq-mühafizə orqanları ilə qarşıdurmaya belə getməyə hazırdırlar.

Yayılan məlumatlarda bir məqam da xüsusi diqqət cəlb edir ki, Aleks Qriqoryevs 2009-2012-ci illər ərzində buradakı banklardan 2 milyon dollar nağd vəsait çıxarıb. Lakin bu pulların hara və nə üçün xərcləndiyi barədə sözügedən institut heç bir məlumat vermir. Buna rəğmən, həmin pulların əsas etibarı ilə Azərbaycanda ixtişaş yaratmaq istəyən qüvvələrə, əsas etibarı ilə radikal müxalifətin təmsilçilərinə ötürülmə ehtimalı kifayət qədər yüksək sayılır.

Məsələ burasındadır ki, Azərbaycanda ixtişaşlar yaratmaq istəyən bir qrup gəncin Milli Demokratiya İnstitutu ilə sıx əməkdaşlıq etdiyi məlumdur. NİDA üzvlərindən bir neçəsi qurumun Bakı ofisində çalışır. Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq NİDA Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı evə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı evə ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb.

Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı evə baxış zamanı 174,54 qram qurudulmuş marixuana, aşkar edilərək götürülüb. İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak ediblər. Onların yaşadıqları mənzillərdən aşkarlanmış "Molotov kokteyli" adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb. Bundan başqa, bu il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən "Molotov kokteyli"ndən istifadə edilməsinin lazım olduğunu bildirib, aksiyanın digər iştirakçısı B.Quliyev "Facebook" sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün "Molotov kokteyli", səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə edib və sonuncu artıq 10 ədəd "Molotov kokteyli" hazırladığını qeyd edib. Hazırda aşkar edilmiş "Molotov kokteyl"lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması istintaq yolu ilə araşdırılır.

Məlum olduğu kimi isə martın 10-da keçirilən qanunsuz aksiyanın qarşısı hüquq-mühafəizə orqanları tərəfindən alınıb. Məsələnin maraqlı tərəfi isə NİDA təşkilatının ABŞ Milli Demokratiya İnstitutu ilə sıx əməkdaşlığıdır. İstisna edilmir ki, sonuncunun ayırdığı maliyyə vəsaiti məhz Azərbaycanda ixtişaşlar törədilməsinə hesablanıb.

Onu da bildirək ki, ABŞ Milli Demokratiya İnstitutu tamamilə qapalı və qeyri-şəffaf bir təşkilatdır. Rəsmi olaraq qrant vermək səlahiyyəti olmamasına baxmayaraq, bəzi siyasi layihələri (xüsusilə də bizim regionda) maliyyələşdirməklə məşğuldur. Bu təşkilatın saytında çoxsaylı proqramların həyata keçirilməsi ilə bağlı məlumatlara rast gəlinir, lakin həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatlar gizli saxlanılır. Yuxarıda qeyd olunduğu kimi isə ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisində bir müddət əvvəl Azərbaycanda kütləvi iğtişaşlar törətməyə cəhd edən NİDA gənclər təşkilatının fəalları çalışır. Öz fəaliyyətini bərpa edəndən sonra sosial şəbəkələrdən istifadə etməklə ABŞ Milli Demokratiya İnstitutu gənclərlə əməkdaşlıq dairəsini genişləndirib. Burada oturan oturan NİDA-çıların Fəvvarələr meydanında keçirəcəyi etiraz aksiyalarına 200 mindən çox dəvət məktubu (əsasən anonim profillərdən) yerləşdirilib.

İndi hesab edilir ki, ABŞ-ın Milli Demokratiya İnstutu və onun Bakı ofisinin rəhbəri Aleks Qriqoreyvsin müxalifəti və bəzi müxalif yönümlü QHT-ləri maliyyələşdirməsi faktı təsdiqini taparsa bu böyük bir qalmaqala səbəb olacaq. Millət vəkili Aydın Mirzəzadə bildirir ki A.Qriqoreyvsin bu fəaliyyəti Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir: "Hesab edirəm ki, ortada pul məsələsi var. Buna görə də A.Qriqoryevs müxalifəti məqsədyönlü şəkildə maliyyələşdirir. Bu maliyyələşmənin nəticəsidir ki, aylarla səssiz yatan müxalifət ayılır və gəncləri meydanlara çıxarır. Onlara "Molotov kokteyl"ləri hazırlatdıraraq hakimiyyətlə mübarizəsini tamam başqa bir müstəviyə keçirməyə çalışır. Bu hadisə eyni zamanda müxalifətin iç üzünü, əsas məramını ortaya çıxarır. Belə ki, aksiyalarda tutulanlara tətbiq olunan cərimələr çox qısa bir zamanda ödənilir. Tutulan tələbələrdən birinin evindən çıxan 94 min manatın da mənbəyi aydın olur. Hesab edirəm ki, belə hərəkətlər yolverilməzdir. Bu hərəkətlər Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilədir. Həmçinin bu Azərbaycan müxalifətinin kənardan maliyyələşdirilməsidir. Bu da özlüyündə Azərbaycan üçün yaxşı heç nə vəd etmir".

Millət vəkili bildirib ki, bu tip addımlar atan xarici qüvvələr insanların sosial şəbəkəyə olan marağından istifadə etməyə çalışır: "Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri A.Qriqorevs Azərbaycanda fəaliyyət göstərdiyi 3 il ərzində öz hesabından 2 milyon dollar vəsait xərcləyib. Maraqlı budur ki, bu vəasitlərin hara xərcləndiyi barədə məlumat verilmir. Bu hadisə bu qədər vəsaitin hara xərcləndiyini gözlər önünə sərir. O, sosial şəbəkə vasitəsi ilə təxribat yaratmaq istəyir. Ancaq bu Azərbaycanda öz bəhrəsini vermədi. Çünki sonuncu aksiyada cəmi 200-300 adam iştirak etdi. Baxmayaraq ki, 20 minə qədər insanın çıxacağı qeyd edilirdi. Deyə bilmərəm bəlkə də 20 min insanın pulu alınıb və cəmi 200 adam çıxarılıb. Bu, onların daxili mühasibatıdır. Ən əsası onların Azərbaycanda sosial şəbəkə ilə süni inqilabi stiuasiya yaratmaq cəhdləri boşa çıxdı. İnsanlar onlara inanmadılar. Onların arxasınca getmədilər. Bu bir daha göstəriri ki, Azərbaycanın daxili işlərinə xaricdən qarışmaq yolverilməzdir. Ölkədə proseslər daxili münasibətlər əsasında getməlidir. Həmçinin vaxtaşırı etiraz etmələrinə baxmayaraq Azərbaycan müxalifətinin maddi mənbələri də bu kimi olaylarla ortaya çıxır. Müxalifət bu maliyyə dəstəyinin qarşılığında aksiyalara 20 min adamın çıxarılacağı sözü verir. Ortada pul məsələsi olduğundan müxalifətin kütləvi aksiyalara marağı artır. Baxmayaraq ki, aksiyalar əsgər ölümlərinə etiraz olaraq keçirilir. Maraqlıdır ki, nə aksiyada nə də aksiyadan sonra onların adları çəkilmir. Onların yas mərasimlərində iştirak etmirlər. Hesab edirəm ki, bu qalmaqallı məsələ hakimiyyət orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır".

ABŞ səfirliy isə Milli Demokratiya İnstitutunun Bakı ofisinin fəaliyyətinin şəffaf olduğunu bəyan etsə də meydana çıxan mənzərə tamamilə fərqli görüntüdən xəbər verir.