Əlaqə Arxiv
news Image
2013.03.14
15:54
| A A A
Müğənnilərimiz nə qədər vergi ödəyir?
Şahin Məmmədov: «Müğənnilərin nə qədər vergi ödəməsi onların kommersiya sirri sayılır»

Müğənnilərimizin gəlirlərinin heç də az olmaması danılmaz həqiqətdir. Lakin bu fonda müğənilərin vergidən yayınması, gəlirlərini gizlətməsi aktual bir məsələyə çevrilib. Onların bir çoxu yalnız sadələşdirilmiş vergi ödəyirlər. Halbuki onların gəlirləri daha böyük olduğundan digər vergi dərəcələri üzrə ödəmə həyata keçirməlidirlər. Məsələn, elə müğənni var ki, toyda bir gecə oxumaq üçün 10 min manat xidmət haqqı alır ödənilən vergi buna müvafiq olmur.

Vergilər Nazirliyinintəmsilçisi Şahin Məmmədov Movqe.az saytına məsələ ilə əlaqədar aşağıdakıları bildirib: "Müğənnilərin nə qədər vergi ödəməsi onların kommersiya sirri sayılır. Qanunvericiliyə əsasən, vergi ödəyən insanın bu barədə açıqlama verməyinə icazə olmasa, bu cür məlumatlar açıqlana bilməz. Ona görə də biz mətbuatıa hansı müğənninin nə qədər vergi ödəyəcəyini deyə bilmərik. Müğənni sadələşdirilmiş ödəyici ola bilər. Sadələşmiş ödəyici öz ümumi dövriyyəsinin 4%-ni vergi olaraq ödəyir və bu da az məbləğ deyil. Ardıcıl 12 aylıq dövrün istənilən ayında baş tutan əməliyyatların həcmi 120 min manat və yaxud da ondan az olan şəxslər sadələşmiş vergi ödəyicisi ola bilər.

Şadlıq evlərində müğənnilərin, həmçinin musiqiçilərin əldə etdikləri gəlirlərin qeydiyyatına nəzərətin həyata keçirilməsi ilə əlaqədar qaydalar var. Hər dəfə onlar şadlıq saraylarında oxumağa gedəndə qeydiyyat kitabında qeydiyyata düşürlər. Bizim əməkdaşlar həmin yerlərdə ifa edən müğənnilərin əldə etdikləri gəlirlərlə bağlı qeydlər aparırlar. Vergidən yayınmaq mümkün deyil. Bütün müğənnilər öz gəlirlərinə, qazanclarına uyğun şəkildə vergi verirlər. Müğənnilər müxtəlif kateqoriyalara aid vergi ödəyirlər. Bu proses onların qazancından aslıdır".

Şahin Məmmədov müğənnilərdən alınan vergilərin necə tənzimlənməsindən də danışıb: "Vergi qanunvericiliyində müəyyən edilmiş qaydalara əsasən müğənni olan şəxslər öz vergilərini zamanında ödəyirlər. Müğənni rübdə bir dəfə ödəmə prosesini həyata keçirərək və yaxud vergi bəyannaməsini təqdim etməklə vergisini ödəyə bilər. Vergi gecikdirildikdə bəyannamə ilə müraciət olunur, əgər yenə müraciətə əhəmiyyət verilmirsə, o zaman maliyyə sanksiyası təqdim olunur. Yenə də gecikmə davam edərsə məbləğin üzərinə faizlər və əlavələr yüklənilir".

Sizin Reklam Yeriniz