Əlaqə Arxiv
news Image
2013.03.14
16:06
| A A A
Koorperativ təsərrüfatların yaradılması müşkülə çevrilib
Eldar İbrahimov: «Qanunun beynəlxalq təşkilatlarla müzakirəsini aparırıq ki, sabah onu qəbul ediləndə səhv etməyək» Azər Mehtiyev: «Fermerlərə məxsus torpaq sahələrinin kiçik olması onların normal fəaliyyət göstərməsinə imkan vermir»

Rəşad Həsənov: "Ərzaq təhlükəsizliyi baxımından koorperativ fermer təsərrüfatının yaradılması və inkişafı ən vacib amillərdən biridir"

Ölkə parlamentində qəbulu belə demək mümkünsə, düyünə düşən qanunlardan biri də "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Halbuki, bəzi məqamlara görə sözügedən qanunun qəbulu olduqca vacib sayılır. Məsələn, daha çox kənd təsərrüfatı məhsulu istehsal etmək üçün kooperativ təsərrüfatların yaradılması mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edir ki, kooperasiyaların yaradılması Azərbaycan fermerləri üçün ilk növbədə xırda pay torpaqlarının birləşdirilməsi baxımından əhəmiyyətlidir.

Kooperativ təsərrüfat yaradılmasını nəzərdə tutulan qanunun qəbulunun hansı səbəbdən gecikməsi barədə Mövqe.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədriEldar İbrahimov qeyd edib: "Koorperativ təsərrüfat yaradılması üçün nəzərdə tutulan qanunun hazırlanması prosesi hələ də davam edir. Bu il ərzində qanun qəbul ediləcək. Biz koorperativ təsərrüfat yaradılmasını nəzərdə tutan və çox əhəmiyyət kəsb edən bu qanunun beynəlxalq təşkilatlarla müzakirəsini aparırıq ki, sabah onu qəbul ediləndə səhv etməyək. Sadəcə qanun üzərində işləyib, təkmilləşmə prosesləri davam etdiyinə görə, gecikmələr olur. Başqa heç bir səbəb yoxdur".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevisə koorperativ təsərrüfat haqqında Mövqe.az-a açıqlamasında bildirib: "Həm Azərbaycan, həm də ki, dünya ölkələri təcrübəsi göstərir ki, fermerlərə məxsus torpaq sahələrinin kiçik olması onların normal fəaliyyət göstərməsinə imkan vermir. Ümumiyyətlə, kiçik fermerçilik özünü yalnız koorperativ təsərrüfatlar formasında doğruldur. Son illər ölkəmizdəki baş verən proseslər göstərir ki, hər bir fermerin ayrı-ayrılıqda öz torpaqlarını becərməsi, ixtisaslaşmadan bütün fəaliyyət sahələri ilə məşğul olması onların özlərinə də sərfəli deyil. Bu baxımdan dünya təcrübəsindən də bəllidir ki, sınaqdan çıxmış üsul koorperativlərin formalaşmasıdır. Bir neçə fermer öz əmlakını, torpaq sahələrini birləşdirərək birgə fəaliyyət göstərirlər. Bu keçmiş sovetlər dövründə olan kollektiv təssərüfat sayılan kolxozlar deyil. O zaman bütün əmlak birləşdirilərək, dövlətləşdirilirdi. İndi isə kollektiv təsərrüfatlar yaradılarkən hər kəsin payı bəlli olur, heç bir fermerdən də özünün bütün əmlakını bu koorperativə birləşdirmək tələb olunmur. Sadəcə olaraq, ayrı-ayrı əazilərdə, qonşu fermerlər birləşərək öz torpaqlarının birgə əkilməsini, ferma təşkilini təmin edirlər, ixtisaslaşırlar. Onlar həm xərclərini, həm də ki, torpaq sahələrini, əmlaklarını birləşdirərək daha səmərəli fəaliyyət göstərmiş və daha çox gəlir əldə etmiş olurlar".

İqtisadçı-ekspert koorperativ fəaliyyətin üstünlüklərinin çox olduğunu qeyd edib: "Hər bir fermer müəyyən işin təşkili ilə bağlı xərcləri ödəyə bilmir. Zəruri vəsait olmadığına görə də öz işlərini qura bilmirlər. Təbii ki, həm gübrənin alınması, torpağa xidmət göstərilməsi zamanı çoxlu çətinliklərlə üzləşirlər. Ancaq onların səylərini birləşdirməsi prosesi, zəruri anda vəsaitin toplanmasına imkan verir, həm də ki, daha çox məhsul istehsalı üçün şərait yaradır. Eyni zamanda fermerlərin ixtisaslaşmasına gətirib çıxarır. Fermerler bu cür koorperativlərin tərkibində öz məhsulu üçün daha asan bazar tapmağı öyrənirlər. Azərbaycanda koorperativ təsərrüfatların formalaşması fermerçiliyin inkişafı prespektini vəd edir.

Fermerlər özləri birgə əməkdaşlığa maraqlı olmalıdırlar. Mütəmadi fermerler arasında maarifləndirilmə prosesi aparılıb, onlara işin bu cür aparılmasının daha keyfiyyətli və sərfəli olması izah edilməlidir. Bu məsələ ilə bağlı Milli Məclisdə qanun səsə çıxarılsa da, müzakirə edilmədən qalır. Bu qanunun qəbul olunması prosesi sürətlənməlidir. Dövlət tərəfindən kənd təsərrüfatına verilən subsidiyalar, yardımlar kkoorperativ hərakatının stimullaşdırılmasına yönəlməlidir. Kkoorperativdə birləşən fermerlərə güzəştlər olunmalıdır. İstehsal olunan məhsulların bazarda tapılması məsələsi həll olunmalıdır".

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə koorperativ təsərrüfatın vacibliyi və əhəmiyyətliliyi barədə aşağıdakıları qeyd edib : "Ümumiyyətlə, kənd təsərrüffatında iqtisadi artımın təmin edilməsi və ərzaq təhlükəsizliyi baxımından koorperativ fermer təsərrüfatının yaradılması və inkişafı ən vacib amillərdən biridir. Bu sahədə müəyyən qanunvericilik bazası da yaradılıb. Lakin hal- hazırda ciddi irəliləyişlərin olmamasının müxtəlif səbəbləri var. Belə ki, ilk növbədə koorperativ əməkdaşlıq, koorperativ istehsal münasibətlərinin formalaşdırılması və idarə edilməsi mədəniyyəti çox zəif inkişaf edib və bu sahədə maariflənməyə ehtiyac var.

Dünya təcrübəsində fermer koorperativləri həm istehsal, həm emaledici, həm də ki, xidmətgöstərici olaraq çıxış edir. Burada əsas məqsəd daha azgəlirli olan və daim dotasiyalarla işləyən ilkin istehsalın daha səmərəli olamasını və gəlirli sahəyə çevrilməsini təmin etməlidir. Hazırki vəziyyətdə dövlət koorperativ təsərüfatlara diqqəti artırmalı, xüsusilə koorperativ kreditlər, lizinqlər təşkil edilməli və istehsal edilən məhsulların realizə edilməsində, saxlanmasının təmin olunmasında ciddi addımlar atılmalıdır.

Hal-hazırda bir çox inkişaf etmiş ölkələrdə kənd təsərüfatının ümumi istehsalının 70-80%-i məhz bu koorperativlərin üzərinə düşür ki, bu da məsələnin aktuallığını artıran və dövlətin diqqət etməli olduğu başlıca amildir".

Sizin Reklam Yeriniz