Əlaqə Arxiv
news Image
2013.03.15
10:53
| A A A
Bu gün Mətbuat Şurasının yubileyidir

Bu gün Azərbaycan Mətbuat Şurasının yaranmasının 10 illiyidir. 15 mart 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasının əsas missiyası media-hakimiyyət, media-ictimaiyyət münasibətlərini tənzimləmək olub. Bu müddət ərzində şura  şikayətlərin araşdırılmasını da özünə başlıca fəaliyyət istiqaməti kimi götürüb.  


Yubiley münasibətilə bu gün Bakı Əyləncə Mərkəzində MŞ-nin mərasimi  keçiriləcək. Movqe.az-ın Mətbuat Şurasından aldığı məlumata görə, tədbirdə KİV-in təmsilçiləri, ictimaiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, diplomatik missiyaların və səfirliklərin təmsilçiləri iştirak edəcək.

Sizin Reklam Yeriniz