news Image
2013.03.18
16:37
| A A A
Gürcüstan və Azərbaycanın müdafiə nazirləri arasında görüş olub

Martın 18-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin arasında görüş olub.

Movqe.az-ın məlumatına görə, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. 


Nazirlərin əvvəlcə geniş tərkibdə, sonra isə təkbətək görüşü olub. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparan nazirlər hərbi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Azərbaycanın ölkəsinə yaxından köməkliyini minnətdarlıq hissi ilə qeyd edən nazir İrakli Alasaniya bunu heç zaman unutmayacaqlırını bildirib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi bu gün də dəstəklədiyini bildirən qonaq iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.


Görüşün sonunda müdafiə nazirlərı 2013-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.