Əlaqə Arxiv
news Image
2013.03.27
18:24
| A A A
Suya vurulan xlor ətrafında yeni ziddiyyətlər yarandı
Anar Cəbrayıllı: «Xlor suyun tərkibindəki bakteriyaları, zərərli maddələri, virusları, mikrobları öldürmək üçün ən təsirli vasitədir» Eyyub Hüseynov: «Bir çox ölkələr bu üsuldan imtina ediblər»

Dövlət Məmmədov: "Normal miqdarda xlorun insan orqanizminə heç bir ziyanı yoxdur"

Suya qatılan xlor maddəsi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səslənir. Məsələ ilə bağlı redaksiyamızla əlaqə saxlayan bir neçə paytaxt sakini son günlərdə sudan daha çox xlor tamının gəldyini bildirir. Lakin "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Mövqe.az-a sakinlərin iradları ilə razılaşmır. Bununla belə sudan xlor qoxusunun gəldiyini normal hal hesab edir: "Sudan xlor iyi gəlməlidir. Bu, təbii haldır. Xlor suyun tərkibindəki bakteriyaları, zərərli maddələri, virusları, mikrobları öldürmək üçün ən təsirli vasitədir. Ona görə bütün dünyada zərərsizləşdirmədə xlordan istifadə olunur. Xlor ucucu maddədir, o, həmişə suda qalmır. Biz bu gün Kür su təmizləyici qurğular kompleksindən Bakıya su veririksə, onu birinci mərhələdə Kürdə xlorlayırıq. Su Sənəaçal nasosxanasına gələnə qədər xlor onun tərkibindən uçur. Suyu bakteriyalardan qorumaq üçün biz bir daha onu Səngaçalda xlorlayırıq. Bakıda anbarlarda da su xlorlanıb istehlakçılara verilir. Bu sistem daim nəzarətdədir. Nəzərinizə çatdıraq ki, suyun tərkibində xlorun miqdarı normal olmalıdır. Yəni bir litr suyun tərkibində xlorun miqdarı 0,5ml.qr olmalıdır. "Azərsu" daim bu standartlara nəzarət edir. Əgər suda xlorun miqdarı çox aşikarlanarsa, biz həmin suyun verilməsini həmin an dayandırırırq. Belə hal insan orqanizmi üçün zərərli sayıla bilər".

Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Mövqe.az-a bildirib ki, xlorlanma heç də arzuolunan üsul deyil: "Mən 3 ay öncə su konqresindən gəlmişəm. Konqresə dünya ölkələrindən 25 min insan çağırılmışdı. Dadı, qoxusu olmayan, daim hərəkətdə olan Allahın möcüzəsi su Yer üzününün hər yerində həyatın olub-olmadığını bilmək üçün orda axtarılan birinci varlıqdır. Lakin bu möcüzə ilə necə davranırlar, bu maraqlıdır. Yer üzününü cəmi 30% insanı təmiz sudan istifadə edə bilir. Bir çox ölkələrdə su mənbələrində biotestlər aparılır və suyun təmizliyini tənzimləyirlər. Ümumiyyətlə, xlorlama elə də yaxşı üsul deyil. Buna görə də bir çox ölkələr bu üsuldan imtina ediblər. Azərbaycanda krantdan gələn suyu qaynadıb içəndə çaynikin dibində daşlaşma və ərp müşahidə edirik. Həmin daşlaşma da bizim orqanlarımıza - böyrəklərimizə, bədənimizə ziyandır. Bu vəziyyətdən istifadə edən, istehlakçıları aldadadn insanlar var. AİB-ə ayda 2-3 telefon zəngi gəlir ki, sudan xlor iyi gəlir".

AİB-nin sədri daha sonra qeyd edib: "Gərək dövlət orqanları bu işlərə diqqətlə yanaşsın. İstehlakçılar öz taleləri ilə razılaşmaq məcburiyyətində qalıblar. Xlorlu su arzuolunmaz sudur. Ona görə istehlakçılara tövsiyəm suyu mütləq qaynadıb içsinlər. O zaman suda olan xlor uçur. İstehlakçılar heç də inanmasınlar ki, qablaşdırılmış sular qaynadılmış sulardır. Ən brend bazardakı suyun 30%-i saxtadır, heç də qablaşdırılmayıb".

Daha bir maraqlı məqam isə qablaşdırılmış suların dükan və supermarketlərdə fərqli qiymaətə satılmasıdır. Bəzi marketlərdə suyun 1litrnin qiymətinin 40 qəpik, digər marketlərdə isə həmin suyun qiymətinin 50-60 qəpik olduğunu görmək olar. Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bununla bağlı bildirir: " Azərbaycanın su bazarında suyun normal satış qiyməti yoxdur. Kim neçəyə istəyir, suyu o qiymətə satır, qiymət tənzimlənməlidir. Bəhanə gətirilər ki, azad bazar iqtisadiyyatıdır.Ona görə qiymətlər müxtəlifdir. Suyun tərkibi eynidir. Suyun digər ölkələrdən (məs; Fransa, Ukrayna, Çexslovakiya) gəlməsi heç nəyi dəyişmir. Fransa, Çexsvolokiya, Almaniya suları elitar su sayılsa da, onların tərkibini yoxlasaq, görərik ki, Azərbaycanda istehsal olunan suların tərkibi onlardan qat-qat yaxşıdır. Bizim insanlar, əsasən də şadlıq sarayları və özündən müştəbeh insanlar özlərni göstərmək üçün Fransa və başqa ölkələrə məxsusu suları alıb içirlər. Halbuki, bizim təmiz bulaq sularımız o suları kölgədə qoyar. Azərbaycan bazarında xaricdən gələn bəzi sular həkimlərin icazəsi ilə satılmalıdır. Onların hamısı müalicəvi sulardır. Suyun üzərindəki etiketlərdə bildirilməlidir ki, hansı xəstələrə bu sudan içmək olar, hansı xəstələrə olmaz. Ancaq "Borjomi" suları Ukraynaya göndərdiyi suların üzərində bunları qeyd edir, lakin Azərbaycanan gələn sular üzərində heç bir şey qeyd olunmur. Bu gün təkcə qablaşdırılmış sular yox, evlərə verilən 19 litrlik sular da pis gündədir. Heç bir sanitar şəraitdə bu sular yoxlanılmır. Bu sular ancaq evlərə satılır, mağazalarda belə sulara rast gəlinmir".

Xlorun suya qatılması haqqında isə Su İstehsalçıları Birliyinin sədrinin fikirləri belədir: "Xlorun suya vurulma miqdarı var. Normal miqdarda xlorun insan orqanizminə heç bir ziyanı yoxdur. İndi suyu ozonlaşdırıllar. Normaya uyğun xlor vurulduqda bunlar narahatçılıq yaratmır".
Sizin Reklam Yeriniz