news Image
2013.04.01
15:17
| A A A
Azərbaycanlı rejissor məşhur aktyor və aktrisalardan imtina etdi-Eksklüziv
“Statuslarından istifadə edən aktyorları yeni çoxseriyalı, tarixi filmimə çəkməyəcəyəm”

Bir müddət bundan öncə aktrisa Mehriban Xanlarova ilə adı qalmaqalda səslənən "Satko" serialının rejissoru Mahir Canas yeni açıqlaması ilə gündəmə gəlib. Gənc rejissor Mövqe.az-a açıqlamasında bildirib ki, bundan sonrakı fəaliyyəti zamanı heç bir tanınmış aktyor və aktrisanı növbəti filmlərinə çəkməyəcək: "Satko" serialına çəkdiyim aktyorları bir daha heç bir filmimə çəkməyəcəyəm. Məşhur aktyorlar öz adlarından, imiclərindən, populyarlıqlarından istifadə edib, çəkilişlərdə onlara olan inamı doğrultmurlar. Statuslarından istifadə edən aktyorları yeni çoxseriyalı, tarixi filmimə çəkməyəcəyəm".


Yeni filminin adını hələ də sirr saxlayan rejissor bildirib: "Yeni çəkəcəyim tarixi film üçün Moskvadan xüsusi hazırlanan aktyor qrupu gətirəcəyəm. Artıq öz yetişdirdiyim insanları çəkəcəyəm. 24 nəfərdən ibarət çəkiliş qrupu Moskva, Peterburq və Kiyev şəhərlərindən Bakıya məhz bu filmin çəkilişi üçün gələcək. Hamısı da peşəkar mütəxəssilər olacaq. Bu çoxseriyalı filmin tam metrajlı versiyası hazırlanacaq və beynəlxalq kino festivallarina göndəriləcək. Film "red scarlet" və "red epic" kameralarına çekiləcək, səsyazma isə "5:1 dolby digital" keyfiyəti olacaq. Bir daha qeyd edirəm ki, heç bir tanınmış aktyor bu filmdə rol almayacaq. Filmdə yalnız "Jan-as creative group"un gənc aktyor ve aktrisaları iştirak edəcəklər".


Gənc rejissor bir müddət öncə çəkdiyi "Satko" serialını imtahan adlandırdı: "Satko" filmi mənim üçün sınaq imtahanı idi. İstəmirəm "Satko" serialında mənə mane olan adamlara görə yeni işimdə də, uğursuzluq və inamımın sarsılması ilə rastlaşım. Odur ki, bu filmin çəkilişləri tam bitdikdən sonra post-production Moskva şəhərində aparılacaq. Hələ adlarını açıqlamaq istəmədiyim bir neçə şəxsiyyəti kastinq zamanı Bakıda görə biləcəksiniz".










Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs