Əlaqə Arxiv
news Image
2013.04.03
12:41
| A A A
Türkiyə şou-biznesində məşhur olmaq istəyən gənc müğənnilərə şad xəbər- Eksklüziv
Azərbaycanlı müğənnilər üçün artıq Türkiyənin şou-biznesinə qoşulmaq heç də çətin olmayacaq.

Diamond Organization & Agency'nin prezdenti, gənc təşkiltçı Aqil Məmiyevin Mövqe.az-a verdiyi açıqlamaya görə, artıq müğənnilərimizin ölkədən kənarda tanınması problemə çevrilməyəcək: "Mən həm də türkiyəli bəstəkar Onur Muratın meneceriyəm. Məqsədim Türkiyə və Azərbaycan dostluğunu daha da gücləndirmək, həmçinin iki ölkə arasındakı musiqi əlaqələrini inkişaf etdirməkdir. Qarşıda böyük layihələrimiz var. Bu layihələrdən biri də məşhur türkiyəli bəstəkar Onur Muratla birgə ölkəmizdə müğənnilər üçün yeni fürsət yaratmaqdır. Onu da deyim ki, bizimlə işləməyə daha çox gənc müğənniləri dəvət edəcəyik. Bizə müraciət edən müğənnilər Türkiyədə musiqi yaradıcılıqlarını inkişaf etdirmiş olacaqlar. A.Məmiyev açıqlamsında bildirib ki, Onur Murad 2008-ci ildə Türkiyədə Serdar Ortacın təşkil etdiyi musiqi yarışmasında Türkiyə birinciliyinə sahib olan və dərhal sonra Türk musiqisinin mətbəxində məşhur sənətçilərlə birlikdə gözəl işlər etmiş, hal-hazırda Türkiyə şou-biznesinin məşhur simlarından olan Ebru Gündeş üçün bəstə hazırlayır. Əlavə olaraq Türkiyənin ən məşhur oranjimançılarından olan albomunda Sezen Aksu kimi bir isim ilə yan-yana, 2 hit, Onur Muradın mahnısı da olacaq.


Sizin Reklam Yeriniz