Əlaqə Arxiv
news Image
2013.04.03
16:52
| A A A
Qiyməti əndazəni aşan dərmanlar
Aytəkin Əsgərova: «Müxtəlif ölkələrdən gətrilən dərmanlar Azərbaycan bazarında 3-4 dəfə baha satılır»

Azərbaycana xaridən idxal edilən dərmanların böyük əksəriyyətinin baha qiymətə satılması danılmaz həqiqətdir. Bir neçə gün əvvəl Hindistanın Bakıdakı səfiri Vinod Kumar da ölkəsində istehsal olunan dərmanlar Azərbaycana ilkin qiymətindən dəfələrlə baha qiymətə idxal olunduğunu deyib. O, dərmanların qiymətinin hazırkı vəziyyətdən aşağı olması üçün iş adamlarını birbaşa əlaqə qurmağa dəvət edib. Vinod Kumar həmçinin hindistanlı mütəxəssislərin köməyi ilə Azərbaycanda əczaçılıq sahəsində sənaye müəssisələrinin yaradılmasının da əhəmiyyətli ola biləcəyini istisna etməyib.

Dərmanların isthesal olunduğu ölkədən Azərbaycaan idxalı zamanı nəyə görə bir neçə dəfə bahalaşması məsələsinə toxunan müstəqil ekspert Aytəkin Əsgərova Mövqe.az-a açıqlamasında qeyd edir: "Dərmanların baha qiymətə satılmasında əsas məsələ onların gətrilməsi xərci ilə bağlıdır. Bəzi hallarda isə dərmanların marketinqinə görə süni qiymət artımına yol verilir. Lakin bütün ölkələrdən ixrac olunan dərman qiymətlərində çox böyük fərq müşahidə olunur. Müxtəlif ölkələrdən gətrilən dərmanlar Azərbaycan bazarında 3-4 dəfə baha satılır. Avropada böyük milliqram doza ilə alınan dərmanları burada kiçik milliqram doza ilə almaq olur, qiymət də ki, 3-4 dəfə baha olaraq qalır. Bu, çox mühüm məsələdir".

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən Mövqe.az-a bildirildi ki, dərmanların qiymətinin artmasına İqtisadi Inkişaf Nazirliyi baxır. Səhiyyə Nazirliyindəki komitə isə sadəcə dərmanların keyfiyyəti ilə bağlı olan sualları cavablandırır, problemləri araşdırır.


Sizin Reklam Yeriniz