Əlaqə Arxiv
news Image
2013.04.04
08:42
| A A A
Ermənistanda növbəti hakimiyyət dəyişikliyi başlanır
Bu halın cəbhə zonasında vəziyyətin gərginləşməsinə təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır

Son prezident seçkilərindən sonra Ermənistanda cərəyan edən vəziyyət bu ölkədə siyasi gərginliyin tədricən özünün zirvə nöqtəsinə yaxınlaşmaqda olduğunu göstərir. Rəsmi nəticələrə əsasən, Serj Sarkisyanın qalib gəldiyi və onun inaqurasiya mərasiminə hazırlaşdığı bir vaxtda müxalif qüvvələr, indiki halda isə "İrs" Partiyasının lideri Raffi Ovannisyan mövqeyindən geri çəkilmək niyyətində olmadıqlarını açıqlayıb.

Əksinə, Sarkisyanın inaqurasiya günü, yəni aprelin 9-da ölkədə hakimiyyət dəyişikliyinin yaşanacağına dair anonslar verilir. Bununla bağlı Raffi Ovannisyan qeyd edir: "Aprelin 9-u saat 11-də biz yeni Ermənistan elan edəcəyik". O bildirib ki, hakimiyyət yerli partiyalılara bölünməyəcək. Həmçinin, əlavə edib ki, hakimiyyət dəyişikliyi bir damla qansız baş tutacaq: "Biz hər cür zorakılığa qarşı çıxırıq. Çünki çox adam itirmişik, bundan sonra bir damla belə qan itirməməliyik".

Xatırladaq ki, bir neçə gün əvvəl Ovannisyan martın 10-da prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq başladığı aclıq aksiyasını dayandırıb. İrəvanın mərkəzində qurduğu çadırdan çıxaraq tərəfdarlarına təşəkkür edən Ovannisyan mitinqlərin də davam edəcəyini bildirib.

Xatırladaq ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçirilib. MSK-nın versiyasına görə, seçkilərdə Raffi Ovannisyan 37 faiz, Serj Sarkisyan 59 faiz səs toplayıb. "İrs" Partiyasının lideri seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Elə bundan sonra tərəflər arasında kəskin ziddiyyət yaranıb. Ölkədə müxalifət tərəfdarlarının çoxluğundan ehtiyat edən Sarkisya Ovannisyanla qarşılıqlı razılığa gəlmək istəsə də nəticə əldə olunmayıb. Halbuki Sarksiyanı dediklərindən belə məlum olur ki, o, Ovannisyanla sərf edə biləcək təkliflər səsləndirib. Onun sözlərinə görə, Raffi Ovannisyana üç yol göstərib: 1.Raffi Ovannisyan Azadlıq meydanına gedir, səslərin 80 faizini aldığını bildirir, özünü prezident elan edir və alternativ hakimiyyət strukturları yaradır. Lakin bu halda hüquq-mühafizə orqanları lazım olan tədbirləri görəcəklər. 2. Raffi Ovannisyan seçkilərin ədalətsiz keçirildiyini bəyan etməkdə davam edir, partiyasının strukturlarını gücləndirir, İrəvan Ağsaqqallar şurasına seçkilərdə iştirak edir, qalib gəlir, İrəvanın meri olur və ölkənin üçdən birini idarə etməyə başlayır. 3. Raffi Ovannisyan müxalifətçilikdən əl çəkir, hökumət strukturlarına qoşulur və seçki kampaniyasında vəd verdiyi kimi korrupsiya və mühacirətə qarşı mübarizəyə başlayır.

Məlumatlara görə, Raffi Ovannisyan üçüncü yolla maraqlanıb və söhbətin koalisiyadan gedib-getmədiyini soruşub. Lakin Serj Sarkisyan bildirib ki, bütün müzakirələr Raffi Ovannisyanın prinsipial mövqeyi ortaya qoyulduqdan sonra davam etdiriləcək. İndi isə belə məlum olur ki, Ovannisyanla Sarksiyanın təklifləri ilə razılaşmır və Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyini iddia edir. Ekspertlər isə istisna etmirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaşana bilər. Çünki mövcud hakimiyyət Ermənistanı sözün əsl mənasında uçurumun dibinə yuvarlayıb və bu ölkənin gələcəkdə mövcudluğunu davam etdirə bilməsinin özü belə böyük sual altındadır.

Təbii ki, Azərbaycan prizmasından yanaşdıqda ən çox maraq doğuran məqamlardan biri Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı formada təsir göstərə biləcəyidir. Ekspertlər istisna etmir ki, düşmən ölkədə mümkün hakimiyyət böhranı Qarabağ münaqişəsinin həllinə hansı formadasa təsir göstərə bilər. Lakin elə bu hakimiyyət böhranından və Ermənistan daxilində ona qarşı yönələn təzyiqdən yayınmaq üçün Sarkisyan Qarabağ cəbhəsində vəziyyətin gərginləşdirilməsi üçün təxribatçı hərəkətlərə əl ata bilər. Ermənistan tərəfindən atəşkəsin inetnsiv halda pozulması isə bunun təzahürlərindən sayılır. Gözlənir ki, Sarkisyan inaqurasiya mərasimində ciddi problem yaşayarsa, cəbhə zonasında vəziyyətin daha da gərgin olması variantına əl atsın. Lakin o da faktdır ki, Azərbaycan Silahlı Qüvvələri istənilən an düşmənin istənilən təxribatını dəf etmək gücünə malikdir.

Digər tərəfdən istənilən təxribatçı hərəkət genişmiqyaslı hərbi əməliyyatların başlanmasına rəvac verə bilər. Elə məhşur "Reuters" agentliyi də Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalının yüksək olduğunu bildirir. Agentlik bu il Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın əldə olunacağının az ehtimal olunan olduğunu bildirir. Əksinə bu il Qarabağda müharibənin yenidən qızışacağının real olduğuna diqqət çəkilir. Xatırlanır ki, Azərbaycan dəfələrlə sülhə tərəfdar olduğunu bildirsə də, lazım gələrsə müharibə ilə torpaqlarını azad edəcəyi bəyanatını verib.
Sizin Reklam Yeriniz