Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Böyüdülən eyvanların yaratdığı böyük təhlükə
 
 
news Image
2013.04.12
14:10
| A A A
Böyüdülən eyvanların yaratdığı böyük təhlükə
Ramil Osmanov: «Bakı şəhərində binaların əksəriyyətində bu cür rekonstruksiya işləri aparılıb» Bakı Dövlət Layihə İnstitutu: «Binalara heç bir əlavə artırmalar, yanına heç bir söykənəcəklər, sütunlar artırılmamalıdır»

Danılmaz həqiqətdir ki, bu gün paytaxt Bakıda sovet dövründə tikilən binalarda minlərlə insan mənzilinin eyvanını genişləndirib. Özü də eyvanların genişləndirilməsilə bağlı aparılan və texniki cəhətdən əsaslandırılmayan işlər arxitekturadan elementar biliyi olmayan ustalar tərəfindən görülür. Bu isə genilşəndirilmiş eyvanların təhlükə mənbəyinə çevrilməsinə səbəb olur. Digər tərəfdən belə hallar şəhərin estetik görünüşünə də ciddi xələl gətirir.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov məsələ ilə bağlı Mövqe.az-a açıqlamasında bildirib: "Təbii ki, bu proseslər şəhərin həm görünüşünə, həm də ki, binanın əlavə yüklənməsinə təsir göstərən başlıca səbəbdir. Bu zaman mülki qanunvericiliyin tələbləri birbaşa pozulur. Eyvanların artırılaraq bağlanması prosesi, mənzil sahəsinin genişləndirilməsi, mənzilin dayaq nöqtələrininyerdəyişməsi və ya sökülməsi prosesləri təhlükəsizlik tərəfdən çox ciddi problemlər yaradır. Həmçinin şəhərin görünüşünə də xələl gətirir. Müşahidələr göstərir ki, Bakı şəhərində binaların əksəriyyətində bu cür rekonstruksiya işləri aparılıbdır və bu ciddi problem olaraq hələ də qalır".

Bakı Dövlət Layihə İnstitutundan Mövqe.az-a bildirildi ki, əlavələr olunmuş binalar təhlükə daşıyıcısıdır: " Binalara heç bir əlavə artırmalar, yanına heç bir söykənəcəklər, sütunlar artırılmamalıdır. Bu məsələlərlə xüsusi məşğul olan komissiya Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Sakinlər bilmədən binaları birtərəfli, asimmetrik yükləyirlər. Bir sakin sütunların yerini dəyişir , digəri yamaq edib, boru qoyub 3-cü mərtəbədən eyvan çıxarır. Sakinlər anlamırlar ki, bütün bu proseslər binanın dayanıqlığına xələl gətirir. Zəlzələ olan zaman çox artım olan yerlər daha tez sökülür. Çünki tarazlıq pozulur. Həmin mövcud binalar layihə əsasında tikilib və ağırlıq gücləri, yükləri təyin olunub. Amma sonradan artırımlar ola bilməsi nəzərdə tutulmayıb.

Əgər mülkiyyətçilər mənzillərinin sahəsini artıranda, eyvan çıxartmaq istəyəndə və yaxud da ki, dayaq nöqtələrinin yerini dəyişmək istəyəndə Fövqəladə Hallar Nazirliyində binaların təhlükəsizliyinə baxan departamentə müraciət etməlidirlər. Mövcud layihə əsasında tikilən binalarda sakinlər tərəfindən artırmalar, sökülmələr, sütünlar, yamaqlar və s. kimi proseslər olmamalıdır. Hansısa sakin öz bildiyini edirsə, bu, düzgün yanaşma deyil və çox təhlükəlidir".