news Image
2012.02.22
13:41
| A A A
Azərbaycan nüvə reaktoru quraşdıracaq
Nüvə reaktorunun iqtisadi və elmi əsaslandırılması üzrə layihə 2012-2013-cü illərdə davam etdiriləcək

Nüvə reaktorunun iqtisadi və elmi əsaslandırılması üzrə layihə 2012-2013-cü illərdə də davam etdiriləcək. Bunu SalamNews-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. O, layihənin vaxtının uzadılması ilə bağlı xahiş etdiklərini və hazırda bu istiqamətdə kadr hazırlığı aparıldığını söyləyib: "Əgər ölkə prezidenti qərar verməsəydi, biz bu işin həyata keçirilməsində kadr baxımından çətinlik çəkə bilərdik. Düşündük ki, heç olmasa 10 nəfər kadr olsun ki, iki növbəli işləyə bilək. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) xətti ilə Avstriyada 3, Koreyada isə 2 kadrımız bu işlə bağlı kurs keçir. Reaktor Azərbaycanda tikilsə də, tikilməsə də tədqiqatlarımızı davam etdiririk". A.Qəribov deyib ki, bu tədqiqatlar MAQATE ilə birgə reallaşdırılan layihə çərçivəsində həyata keçirilir. Xatırladaq ki, Azərbaycanda nüvə elmləri üzrə elmi-tədqiqat işləri 1969-cu ildən başlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs